İqlim dəyişməsinin torpaqlara təsiri
Azərbaycanda iqlim dəyişməsi nəticəsində temperaturun artması ən çox Böyük və Kiçik Qafqazda yerləşən meşə massivlərinə təsir edəcək.
Bunu Versus.Az-a AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib.
Onun sözlərinə görə, bu massivlərin aşağı sərhədi 550-950 m-ə qalxa, Talışda isə 100-2000 m-ə enə bilər.
İqlimin istiləşməsinin kənd təsərrüfatına olan təsirindən danışan R.Məmmədov qeyd edib ki, nəticədə Alp zonalarından başqa, bütün torpaq tiplərində məhsuldarlığın azalması müşahidə ediləcək:
“Torpaqdaxili kimyəvi və biokimyəvi proseslər sürətlənəcək, torpağın fiziki xassəsi pisləşəcək. Bitki örtüyü azalacaq, Kür-Araz ovalığında şoranlaşmış ərazilərin sahəsi 10-15% artacaq. Kür-Araz ovalığında quraqlıq günlərinin sayı 50-60 və daha çox olacaq. Vegetasiya dövrünün artması qış taxılı və üzümçülüyün arealını daha yüksək en dairəsinə qaldırmağa imkan verəcək. Suvarılan torpaqlarda suvarma suyuna ehtiyac çoxalacaq". /Trend/
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"