Donan barmaqlardan, qanayan yaraya qədər...

15:01 25-11-2019 | icon 425 | Sağlamlıq
Donan barmaqlardan, qanayan yaraya qədər...

Bibərin vətəni Cənubi Amerikadır. İlk dəfə ispanlar tərəfindən Avropaya gətirilmiş bibərlər qısa müddət ərzində tropik və subtropik ölkələrdə yayılmışdır. Xüsusilə C vitamini ilə zəngin bibərlərin acı, şirin növləri və rəngbərəg çeşidləri var. Acı istiotda 9-20% quru maddə, o cümlədən 4,5-8,0% şəkər vardır. Acı dadı onun tərkibindəki kapsaisin qlükozidinin miqdarından asılıdır.

 

Versus.Az xəbər verir ki, bibər insan orqanizminə çox faydalıdır. Həkimlər gündəlik qidalanma prosesində acı və şirin bibərlərdən istifadə etməyi məsləhət görür. Acı bibərin 70-ə yaxın növü var. Dünyada ən acı bibər habanero növü hesab olunur. Meksika mətbəxində demək olar ki, bütün yeməklərdə ondan istifadə olunur.
 
 
Əsrlərdir acı bibərdən alternativ tibbdə istifadə edilir. Bəzi xalqlar acı bibərlə xüsusi müalicə üsulları hazırlayıblar. Soyuq havalarda ayaqqabıların içinə qoyulan acı bibər barmaqları donmadan qoruyur. Qanayan yaraya qoyulan acı bibər qanaxmanı dayandırır və yaranın iz qalmadan yaxşılaşmasına kömək edir.
 
 
Acı bibərin insan orqanizminə faydaları: 
 
- Oynaqlarda iltihablaşmanın və revmatizmanın qarşısını alır.
 
- Ən acı növlərdən olan Çili bibəri insan orqanizmi üçün çox faydalıdır. İştahı açan xüsusiyyəti ilə həzm sistemini stabilləşdirərək mədəni sakitləşdirir.
 
- Ürək xəstəliklərinin yaranmasının qarşısını alır. Acı bibər yemək ay ərzində yarana biləcək insult və infarkt riskini 13%-ə qədər azaldır. Qırmızı bibər insanı rahatladır, nəfəs yollarını açır, ağciyərləri təmizləyir, bronxit və qrip kimi xəstəliklərin yaranmasının qarşısını alır.
 
- Yağ yandıran xüsusiyyəti ilə gündəlik yeyilən acı bibər insanı arıqladır və çəkini normallaşdırır. Kaloriləri yandıran acı bibər mədə-bağırsaq sisteminin funksiyasını yaxşılaşdıraraq qəbzliyi aradan qaldırır.
 
- Acı bibər yemək kişilərdə cinsi istəyi artırır. Testosteron səviyyəsini qaldırır.
 
- Şəkər xəstələri acı bibər yeməklə şəkəri normada saxlaya bilərlər. Xüsusən də Çili bibəri qanda şəkərin miqdarını normallaşdırır.
 
 

- Əsasən Hindistan mətbəxində istifadə edilən acı bibər növlərindən olan pipalinin tərkibində olan kapsaisin maddəsi insan orqanizmində xərçəng hüceyrələrinin yaranmasının qarşısını alır.

 
- Acı bibər soyuqdəyməyə, diş və boğaz ağrılarına kömək edir. Antibiotik dərmanların qəbulundansa, üyüdülmüş istiotu suya qatıb içmək orqanizmə daha çox fayda verir.
 
- Acı bibər insan orqanizmində mikrobları öldürür və immun sistemini qüvvətləndirir. Acı bibərdən müntəzəm istifadə edən insanların orqanizmi xəstəliklərə qarşı daha güclü müqavimət göstərə bilir. /Medicina.az/
 
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı