Deputat parlamentdə Qarabağ müharibəsi əlillərinin və Qarabağ Qaziləri İB-nin müraciətini səsləndirib

15:38 25-11-2019 | icon 326 | Siyasət
Deputat parlamentdə Qarabağ müharibəsi əlillərinin və Qarabağ Qaziləri İB-nin müraciətini səsləndirib

Millət vəkili Q.Paşayeva Milli Məclisdə 2020-ci ilin büdcə layihəsinin 2-ci oxunuş müzakirələrində çıxış edərək Qarabağ Qaziləri İB-nin millət vəkillərinə, hökümət qurumlarına müraciətini səsləndirib, müvafiq qurumları bu müraciətə həssaslıq və diqqətlə yanaşmağa çağırıb.

 

Versus.Az-ın məlumatına görə, ötən ildən ölkə Prezidenti İlham Əliyev cənablarının sərəncamına əsasən şəhid ailələrinə 11 min manat "qanpulu" - birdəfəlik ödəmələr verilməyə başladığı barədə danışan Qənirə Paşayeva 1997-ci ilə qədər Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə sağlamlığını itirib əlil olmuş Qarabağ əlillərinin - hərbi qulluqçuların da şəxsi icbari sığortasının ödənilməsi ilə bağlı Qarabağ Qaziləri İB-nin təkliflərini, Qarabağ Qaziləri İB-nin millət vəkilləri və hökümətə müraciətini səsləndirib.

 

Millət vəkili Qarabağ Qaziləri İB-nin və bütün Qarabağ müharibəsi əlillərinin cənab prezidentimizin şəhid ailələrimizə, Qarabağ müharibəsi əlil və qazilərinə diqqət və həssaslığını, onların həyat şəraitinin daha da yaxşılaşdırılması istiqamətində atılan önəmli addımları yüksək qiymətləndirdiklərini deyərək Qarabağ müharibəsi əlillərinin yaxın zamanlarda bu məsələyə dövlət qurumlarımızın həssaslıqla yanaşacağına inandıqlarını deyib və müvafiq qurumları bu məsələyə yaxın günlərdə baxmağa çağırıb.

 

Q.Paşayeva Qarabağ qaziləri İB-nin hökümətə və millət vəkillərinə bu məsələ ilə bağlı müraciətinə yaxın zamanlarda baxılması və öz həllini tapması üçün dövlət qurumlarına çağırış edib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi