"Bu ənənənin dəyişməsini heç əksər qadınlar da istəmir"

17:25 25-11-2019 | icon 635 | Cəmiyyət
"Bu ənənənin dəyişməsini heç əksər qadınlar da istəmir"

"Qadınlara qarşı zorakılıq qətiyyən yolverilməzdir. Bəzən bu zorakılıq müsəlman ölkələri üçün xarakterik sayılır, amma elə deyil. Qadınlar bizim ölkədə həm də xeyli dəyərləndiririlir və baş tacına çevrilirlər. Bu da həqiqətdir. Ailə münaqişəsi zəminində baş verən zorakalıqların çoxu isə sosial həyat, dünyagörüşü, təhsil, savad və ailə tərbiyəsi iıə bağlıdır".

 

Versus.Az xəbər verir ki, bunu 25 noyabr Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması günü ilə bağlı açıqlamasında AXCP sədri Razi Nurullayev bildirib.

 

Partiya sədri qeyd edib ki, Azərbaycanda qadına qarşı tərədilmiş zorakılıq orta hesabla ildə 700-800 olur. Bunlardan orta hesabla 110-u ölümlə və ya ölüm həddinə çatdırmaqla nəticələnir:

 

"Bu cür cinayətlərin qurbanlarını anır və onlara qarşı cinayət törədənləri şiddətli şəkildə qınayırıq. Lakin biz siyasilər olaraq pisləsək də, cəmiyyətin namus üstündə öldürən kişilərə münasibəti çox müsbətdir və onlara haqq qazandırılır. Bu da bizim cəmiyyətin ənənələrindən, mənəvi və dini baxışlarından irəli gəlir. Hər halda bizim cəmiyyətdə qadın və kişinin hüquqları kağız üzərində bərabər olsa da, yazılmayan mənəvi və dini qanunlarımıza görə kişi qadını, bacısı, anası və bir çox hallarda qadın qohumları üzərində həm də maddi və mənəvi məsuliyyət daşıyır ki, bu da onu dini və mənəvi çalarlara görə bir pillə üstün edir. Bu ənənənin dəyişməsini heç əksər qadınlar da istəmir".

 

Razi Nurullayev bildirdi ki, Avropa ölkələrində məişət zəminində öldürülən qadınlar dünya statistikasının cəmi 0.7 faizini təşkil etsə də, rəqəmıər heç də ürəkaçan deyil. Məsələn 2018-ci ildə Fransada 121 qadın öldürülüb, bu il isə 130 qadın.

"Zorakılığın sərhədi yoxdur" deyən AXCP sədri bütün növ zorakılıqlara qarşı etiraz etdiklərini vurğuladı:

 

"Bu gün isə qadınlara qarşı törədilən bütün növ zorakılığa YOX deyir və hökuməti daha qətiyyətli addımlar atmağa səsləyirik!"

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...