4 marşrut xəttinin hərəkət CƏDVƏLİNDƏ dəyişiklik edildi

13:44 19-04-2018 | icon 798 | İqtisadiyyat
4 marşrut xəttinin hərəkət CƏDVƏLİNDƏ dəyişiklik edildi

Bakıda keçiriləcək “Formula-1 Azərbaycan Qran Pri” yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə “Xaliq Faiqoğlu” MMC-nin istismarında olan 4 marşrut avtobusunun hərəkət sxemində dəyişiklik edilib.

 

Versus.az-ın məlumatına görə, şirkətdən bildirilib ki, yarışlarla əlaqədar Bakıda ümumi 17 marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik ediləcək:

 

"Hərəkət sxemində müəyyən dəyişikliklər ediləcək marşrut xətləri arasında “Xaliq Faiqoğlu” MMC-nin istismarında olan 18, 37, 61 və 65 saylı marşrut xətləri də var. Yarış başa çatanadək qeyd edilən xətlər üzrə fəaliyyət göstərən avtobuslar şəhərin mərkəzində bu küçələrlə hərəkət edəcək:

18 saylı marşrut xətti: Mehdi Hüseyn küçəsi – Bünyad Sərdarov küçəsi – Hüseyn Seyidbəyli küçəsi – Mehdi Hüseyn küçəsi.

37 saylı marşrut xətti: Mehdi Hüseyn küçəsi – Bünyad Sərdarov küçəsi – Hüseyn Seyidbəyli küçəsi – Nəriman Nərimanov küçəsi.

61 saylı marşrut xətti: Səməd Vurğun küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – Rəşid Behbudov küçəsi.

65 saylı marşrut xətti: Füzuli küçəsi – Mirzağa Əliyev küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – Səməd Vurğun küçəsi – Füzuli küçəsi – Şıxəli Qurbanov küçəsi".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol