PREZİDENTƏ AÇIQ MƏKTUB

16:51 26-11-2019 | icon 889 | Cəmiyyət
PREZİDENTƏ AÇIQ MƏKTUB

“İcra başçısı Asif Əsgərovun Sizin islahatlarınızdan və fərmanlarınızdan ibrət götürmək fikri yoxdur”

 

Tibb elmləri üzrə fəlsəfə doktoru, Avropa endoskopik cərrahlar birliyinin üzvi, Ali dərəcəli cərrah Qafar Bədəlxan oglu İskəndərov tərəfindən Versus.Az-ın redaksiyasına növbəti şikayət məktubu daxil olub.

 

Saytımız vasitəsilə Prezident İlham Əliyevə Açıq məktub ünvanlayan şikayətçinin məktubunu təqdim edirik:

 


Möhtərəm Prezident!


Hər gün mətbuatda çıxışlar edir, yeni icra başçıları təyin edirsiniz. Şahidi olmuşuq ki, yeni təyin etdiyiniz kadrlara “rüşvət almayın” söyləyirsiniz. Yəni onlara dolayı yolla və birbaşa tapşırırsınız ki, “gedin sizdən öncəki icra başçılarının bütün nöqsanlarını aradan qaldırın, milləti razı salın, idarə etdiyiniz rayonlardan şikayətlər olmasın”.


Amma, hələ də Sizin qərar və islahatları saya salmayan Asif Əsgərov kimi icra başçılarınız, Salman Məmmədli kimi prokurorlarınız, Əsabil Qasımıv kimi millət vəkilləriniz, Fuad Talişinski və Ramiz Rzayev kimi hakimləriniz  vardır.


Məlumat üçün bildirirəm ki, Nəsimi rayonunda  icra başçısı tərəfindən tikinti şirkətlərinə ərazi bir milyon manat rüşvət müqavilində verilir. Bu qeyri-rəsmi ödənişlərin hara getdiyinə aydınlıq gətirməyin zamanı deyilmi? Təkcə “Regal” MTK bu rayonda 3 yerdə tikinti aparir, bu isə 3 milyon manat rüşvət deməkdir. Nəsimi rayonunda isə onlarla tikinti şirkətləri fəaliyyət göstərir. Nəsimi icra başçısının Sizin nə islahatlarınızdan, nə də fərmanlarınızdan ibrət götürmək fikri yoxdur. Baxmayaraq ki, ona “dayılıq” edən Ramiz Mehdiyev vəzifəsindən azad edilib.

 

Bütün bu qanunsuzluqlar Sizə aşağıdakı sualları ünvanlamağa vadar edir:

 

1. Prezident kimi Sizin aparatınıza daxil olan şikayətlərin sayı ilə maraqlanmısınızmı?

2. Şikayətlərin, çoxsaylı dövlət strukturları mövcud olduğu halda, nə üçün Sizə ünvanlanması ilə maraqlanmısınızmı?

3. Siz bir icra başçısını, bir prokuroru və ya bir hakimi bu şikayətlərə görə cəzalandırmısınızmı?

4. Siz çıxardığınız fərman və qərarların yerinə yetirilməsinə əminsinizmi?

5. Nə zaman prokurorlarımız (məs., Salman Məmmədli kimiləri) ədalətin yanında olacaqlar?

6. Nə zaman hakimlərimiz (məs.,  Pərviz Hüseynov, Fuad Talışinski, Əli Rüstəmov, İsmayıl Xəlilov, Ramiz Rzayev kimiləri) tərəzinin ədalət olan tərəfində özlərinə yer alacaq?

7. Məhkəmə və prokurorluq orqanlarinda olan süründürməçiliklərə nə zaman və kim tərəfindən son qoyulacaq?

8. Mənə dəymiş maddi və mənəvi ziyan mütəşəkkil dəstə tərəfindən (7 nəfərdən çox) həyata keçirilib və nə üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi bu işlə məşğul olmur, müraciətim 20-ci polis bolməsinə yönləndirilir?

9. Sizin fərmanların, qərarlərın və göstərişlərinizin mənə dəyən maddi və mənəvi ziyanın ödənilməsində köməkliyi olacaqmı?

10. Tikinti sahəsində olan rüşvətxorluga və korrupsiyaya nə zaman son qoyulacaq?

11. Millət nə zaman bu islahatların faydasını görəcək?

12. Azərbaycanın xəstə səhiyyə sistemi nə zaman düzələcək? (Bu yaxın günlərdə mən internetdə Türkiyə Prezidentinə ünvanladığım müraciəti bir başa Ankaradan göndərmək üçün  getmişdim. Ankara-Bakı reysi ilə gələrkən sərnişinlərin demək olar ki, 50 %-nin orada müalicə və müayinəyədən qayıdan xəstələrin olduğunun şahidi oldum. Bizim Səhiyyə Nazirliyi nə işlə məşğuldur? Xəstəxanalardan yalnız rüşvət toplamaqlamı?)
Siz öz çıxışlarınızda bildirisiniz ki, bir çox binalarda, bloklarda vəziyyət ürəkaçan deyil, lift təsərrüfatı köhnəlib. Evlərarası həyətlər bəzi hallarda zəbt olunur. Bəs mənim evim 3 ildir ki, Nəsimi rayon icra başçısı Asif Əsgərov və “Regal” MTK tərəfindən tamamilə zəbt olunduğunu heç vurğulamırsınız. Mənə dəyən ziyanı kimin ödəyəcəyini heç söyləmirsiniz. Axı, mən də bu ölkənin vətəndaşıyam?

 


Daha sonra söyləyirsiniz ki, Bakı şəhərində bir çox yerlərdə təhlükəsizlik kameraları quraşdırılıb və bu kameralar cinayətlərin aşkar edilməsi və cinayətkarları məsuliyyətə cəlb etmək üçün mühüm rol oynayır. Diqqətinizə çatdırım ki, bu kameralardan polis və prokurorluq orqanlarında və hər bir məhkəmə zalında vardır, lakin  bunların heç bir faydası yox, çünkü onlar ya söndürülür və yaxud onlara nəzarət edib nəticə cıxaran yoxdur.  Mənim evim sökülən zaman cinəyətkarları nə üçün təhlükəsizlik kameraları çəkməyib? Çəkilibsə, nə üçün cinəyətkarlar cəzalandırılmır? Cəza alan isə sonda zərərçəkən kimi hələlik mənəm, düz 3 ildir küçələrdə qalmışam. Mənim pulumu mənimsəyən Nəsimi rayon İcra başçısı Asif Əsgərov, Nəsimi rayon prokuroru Salman Məmmədli,hakimlər Pərviz Hüseynov, fuad Talışinski komandası, Ramiz Rzayev və Regal MTK nin təsisçıləri Yusif və Valeh Ağayev qardaşları, kürəkənləri Fərəc Hüseynov öz ciblərini doldurmaqla məşğuldurlar, cəzasızlıq mühitində qanunsuzluqlarını davam etdirirlər.


Sizə edilən sayca 40-cı müraciətdən sonra inanıram ki, səlahiyyətli vəzifə sahiblərinə mənim problemlərimin həll olunması üçün göstəriş verəcəksiniz. 

 


Hörmət və sayğılarla,
Qafar Bədəlxan oglu İskəndərov

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”