Kimlərə zəncəfil qəti olmaz?

01:29 27-11-2019 | icon 534 | Sağlamlıq
Kimlərə zəncəfil qəti olmaz?

İndi hər kəs zəncəfildən istifadə edib, sağlamlığının qeydinə qaldığını düşünür. Amma çox faydalı olduğu deyilən zəncəfilin də bir çox insanlara zərəri var.

 
 
Versus.Az zəncəfilin əks göstəriş olduğu xəstələri təqdim edir.
 
 
- Çox arıq, çəkisi az, anoreksiyadan əziyyət çəkənlərə
 
Zəncəfil kök, piylənmədən və diabetdən əziyyət çəkənlər üçün arıqladıcı kimi yaxşıdır. Amma çəkisi normadan az olan insanlarda zəncəfil kökü əzələləri zəiflədir, menstrual tsikli pozur, saçları tökür, vitaminsizliyi artırır. 
 
 
- Hamiləlikdə
 
Zəncəfildə əzələni yığan maddə var. Bu da uşaqlıq üçün zərərlidir. Hamiləlik  zamanı düşük və vaxtından əvvəl doğuma səbəb ola bilər. Xüsusən 7ci aydan sonra zəncəfilli istənilən qidadan imtina etmək lazımdır. 
 
 
- Qan xəstəliklərində
 
Hemofiliya, dializ, leykoz, talassemiya, anemiya zamanı zəncəfil olmaz. Qanda laxtalanma problemi varsa, zəncəfil daxili qanaxmanı artıra bilər. 
 
 
- Bu xəstəliklərdə dərman qəbulu zamanı
 
Yüksək təzyiq və diabet xəstələrinin qəbul etdiyi insulin, aspirin, təzyiq dərmanları ilə birgə zəncəfil qəbulu onların effektivliyini azaldır, müxtəlif əks təsirlər yaradır. Aspirin qəbul edənlər zəncəfil istifadə etməməlidir, yoxsa qan lap durular. /medicina.az/
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol