“Günahlarını etiraf etməli və təslim olmalıdırlar”

17:23 30-08-2023 | icon 610 | Siyasət
“Günahlarını etiraf etməli və təslim olmalıdırlar”

Arzu Nağıyev: "...Bu, Azərbaycanda separatizmi dəstəkləyən hər bir kəsə aiddir"

 


“Bu fakt Azərbaycan dövlətinə qarşı cinayət törədən hər bir kəsin mütləq şəkildə cəzasız qalmayacağını bir daha bəyan edir”.

 

Versus.Az xəbər verir ki, bunu deputat Arzu Nağıyev Laçın postunda saxlanılan erməni futbolçularının Ermənistana deportasiya edilməsinin regionun bugünkü reallıqları fonunda təhlil edərkən bildirib.

 

Deputat sərhəddə saxlanılan məlum ermənilərin törətdiyi cinayətlə bağlı müəyyən məqamlara diqqət çəkib:


“Üç Ermənistan vətəndaşı - futbolçusu - 2021-ci ildə Azərbaycan Dövlət bayrağına qarşı təhqiredici hərəkətlər edərək, əməllərini videoya çəkib paylaşıblar. Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 283.2.3 - milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə və 324-cü - Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Dövlət gerbi barədə təhqiredici hərəkətlər - maddəsi ilə cinayət işi açılıb və həmin şəxslər axtarışa verilib. Məlum olub ki, bu ermənilər İrəvanda ali təhsil alan tələbələrdir. Və həmin şəxslər Laçın sərhəd nəzarət buraxılış məntəqəsdindən Ermənistana keçərkən sərhədçilərimiz tərəfindən saxlanılıblar. Azərbaycan hüquq -mühafizə orqanları bu şəxslərin gənc olmasını, özlərinin peşmançılığını nəzərə alaraq barələrində qaldırılan cinayət işinin araşdırılmasını dayandırıb və cəza tədbiləri yüngüllşdirilib”.

 

Deputat qeyd edib ki, hüququ mühafizə orqanları humanist adım ataraq saxlanılan şəxslərə 10 günlük inzibati cəza tətbiq edib. Bu üç erməni balası cəzalarını çəkəndən sonra Azərbaycandan deportasiya olunacaqlar.



A.Nağıyev bir daha bəyan edib ki, Azərbaycan Konstitusiyasına, qanunlarına zidd hərəkət edən, Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribat törədənlər, etnik qrupundan, milli mənsubiyyətindən asılı olmayaraq birmənalı şəkildə aşkar olunaraq cəzalandırılacaqlar. Bu, Azərbaycanda separatizmi dəstəkləyən hər bir kəsə aiddir:

 

“Bu fakt bir daha göstərir ki, Azərbaycan beynəlxalq qanunları pozmadan, heç bir hüquq pozuntusu etmədən qanunlarına uyğun olaraq daxili, xarici siyasətini qurur və bu belə də davam edəcəkdir”.

 

Deputat Qarabağ ərazisində üç katiqoriyadan olan etnik ermənilərin yaşadığını qeyd edib. Bunlardan biri Azərbaycan bayrağı, konstitusiyasına uyğun yaşamaq istəyənlər, işğal dövründə müxtəlif ərazilərdən köçüb gələnlər və özlərinə müxtəlif vəzifələr təyin edərək separatçı ideyaları yayan qondarma qurumun üzvləridir:

 

“Biz bunu I Qarabağ müharibəsində qətliamlar törədən Xaçatryanın Qırmızı Xaç Komitəsinin vasitəsi ilə sərhəddi keçməyə cəhd edərkən yaxalanması və digər faktlarda müşahidə etdik. Ona görə də, cinayət törətmiş ermənilər ya özlərini istintaqa təhvil verməlidirlər, ya da Azərbaycan qanunları qarşısında cavab verməli olacaqlarını anlamalıdırlar. Onlar öz günahlarını etiraf etməli və təslim olmalıdırlar”.



A.Nağıyev törətdiyi cinayətə görə sərhəddə yaxalanan erməni əsilli şəxslərin sanki günahları yoxmuş kimi erməni mediasında, Ombudsman və yaxud beynəlxalaq təşkilatlar tərəfindən müxtəlif bəhanələrlə müdafiə olunmaları və bu fonda Azərbaycana qarşı qarayaxma, yalan iddiaların yer almasını təəssüflə qeyd edib:

 

“Ermənistan və havadarları dezinformasiyalarla dünya ictimaiyyətini aldatmağa çalışırlar. Lakin Sülh müqaviləsi bağlandıqdam sonra hər bir məsələ öz yerini alacaq. Əgər sərhəddi keçən erməni terrorda, soyqırımda, separatçı qrup daxilində Azərbaycana qarşı törədilən cinayətlərdə iştirak etməyibsə, onlara qarşı humanist addım atıla, cəzası yüngülləşdirilə bilər. Lakin terorçular, qətliam törədənlər öz layiqli cəzasını alacaqlar.”

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı