Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul olunur

10:30 27-11-2019 | icon 330 | Siyasət
Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul olunur

Bəxtiyar Əliyev: "NATO-Rusiya görüşünün Bakıda keçirilməsi bunu təsdiq edir"

 

Bu cür yüksək səviyyəli görüşlər əlbəttə, Azərbaycanın güclü bir dövlətə çevrilməsini və ölkəmizin beynəlxalq aləmdəki mühüm əhəmiyyətini göstərir. Azərbaycan dünyada sülhün, sabitliyin bərqərar olmasına öz töhfəsini verir.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Bəxtiyar Əliyev Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Bakıda NATO-nun Hərbi Komitəsinin sədri Ser Stüart Piiç ilə görüşünü şərh edərkən deyib.

 

Deputatın sözlərinə görə, Azərbaycan dünyanın çox nadir ölkələrindəndir ki, üzərinə götürdüyü öhdəlikləri çox dəqiqliklə yerinə yetirir:

"Bu da Azərbaycanın tərəfdaşlarının dairəsini əhəmiyyətli dərəcədə genişləndirir. NATO ilə Rusiya arasında təmasların genişlənməsinin qlobal təhlükəsizlik baxımından nə dərəcədə əhəmiyyətli olduğunu əsaslandırmaq üçün əlavə arqumentlərə ehtiyac yoxdur. Bu təmasların Bakıda baş tutması isə eyni zamanda ona dəlalət edir ki, həm Rusiya, həm də Qərb Azərbaycanı özünün etibarlı tərəfdaşı kimi qəbul edir".

 

B.Əliyev vurğulayıb ki, Azərbaycanda belə görüşlərin keçirilməsi Dağlıq Qarabağ münaqişəsi çərçivəsində də ölkənin siyasi və diplomatik potensialını artırır:

"Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov ilə NATO-nun Hərbi Komitəsinin sədri Ser Stüart Piiç arasında görüşün məhz Bakıda keçirilməsi ölkəmizin beynəlxalq arenada yüksələn nüfuzunun göstəricisidir. Azərbaycanın dünyada etibar qazanması nəticəsində ölkəmiz bir sıra qlobal əhəmiyyətli siyasi, iqtisadi, hərbi, enerji, nəqliyyat-kommunikasiya, idman və mədəniyyət tədbirlərinin keçirildiyi məkana çevrilib. Azərbaycan bütün bu tədbirlərə ən yüksək səviyyədə ev sahibliyi edib. Ona görə də həm NATO, həm də Rusiya Azərbaycana etibar edir. Azərbaycan dünyada sülh carçısı kimi sivilizasiyalar, dövlətlər və xalqlar arasında bir körpü rolunu oynayır. Azərbaycanın gördüyü bu işlər beynəlxalq aləmdə isbatlanıb və ölkəmiz dünyada etibarlı bir tərəfdaş kimi qəbul olunur.

Ümumiyyətlə, Azərbaycan balanslı xarici siyasət kursu yeridir, NATO ölkələri və Rusiya ilə normal münasibətlər saxlayır, strateji tərəfdaşlıq edir. Bunun nəticəsində də tərəflər bu cür görüşləri məhz Bakıda keçirməyə üstünlük verirlər. Bundan başqa, bilirsiniz ki, NATO-nun etibarlı tərəfdaşıyıq və hərbçilərimiz Əfqanıstanda NATO hərbçiləri ilə yanaşı xidmət edirlər. Bu yaxınlarda orada hərbçilərimizin sayını 30 faiz artıraraq 120 nəfərə çatdırdıq. Həmçinin biz Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində də işləyirik, Əfqanistana gedən yüklərə mühüm logistik və nəqliyyat dəstəyini təmin edirik. Bütün bu məqamları ölkə Prezidenti İlham Əliyev NATO rəsmisini qəbul edərkən diqqətə çatdırdı. NATO Hərbi Komitəsinin sədri Ser Stüart Piiç də görüşdə Silahlı Qüvvələrimizin NATO-ya dəstəyinə görə təşəkkürünü bildirərək bunun çox önəmli olduğunu vurğuladı".

 

Qeyd edək ki, Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov ilə NATO-nun Hərbi Komitəsinin sədri Ser Stüart Piiç arasında görüş keçirilib. /Trend/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi