Özünü partladan qəhrəman
Azərbaycan Milli Qəhrəmanı Tofiq Hüseynovun doğum günüdür.
Versus.az-ın məlumatına görə, Tofiq Mirsiyab oğlu Hüseynov 1954-cü il aprelin 19-da Xocalı şəhərində anadan olub. Xocalı şəhər orta məktəbində hərbi hazırlıq müəllimi işləyib, kapitan rütbəsinə qədər çatıb.
Tofiq Hüseynov 1991-ci ildə Xocalı özünü müdafiə taborunun komandiri olub, "Mixaylo" ləqəbi ilə tanınıb. O, rəhbərlik etdiyi taborla birlikdə Meşəli, Naraguğ, Mehdikənd və digər istiqamətlərdə qəhrəmanlıqla vuruşub, düşmənin hərbi texnikalarını məhv edib.
Mehdikənd əməliyyatı zamanı düşmənin artilleriyası, "Alazan" qurğusu məhv edilib, xeyli erməni öldürülüb, 10 nəfər əsir götürülüb. Bu əməliyyata görə ona mayor rütbəsi verilib.
Tofiq Hüseynov 1992-ci il fevralın 26-da düşmənlə axıra qədər vuruşub, dinc əhalinin xeyli hissəsinin təhlükəsiz yerə çıxmasını təmin edib. O, axırıncı gülləsinə qədər vuruşub, sonda qumbara ilə özünü partladıb, 10 nəfərə yaxın ermənini də məhv edib. Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilib.
Xəbər lenti
"Deputatlar bu barədə səhv fikirdədirlər"
"Özlərini göstərmək istəyirlər, amma gərək oyun çıxartmasınlar"