Yas mərasimlərində israfçılığın qarşısının alınmasının iki forması

15:01 27-11-2019 | icon 301 | Cəmiyyət
Yas mərasimlərində israfçılığın qarşısının alınmasının iki forması

Azərbaycanda yas mərasimlərində israfçılığın qarşısının alınmasının iki forması müəyyənləşdirilib.

 

Versus.Az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasın (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

 

S.Novruzov bildirib ki, Bakının əksər yerlərində yas mərasimi ilə bağlı məsələlər öz həllini tapıb:

“Hazırda Azərbaycanda yas mərasimləri ilə bağlı müzakirələr davam etdirilir. Yas mərasimlərində israfçılığın qarşısının alınması üçün birinci forma qanunla sərt şəkildə, digəri isə təbliğat yolu ilədir”.

 

Onun sözlərinə görə, hələlik bu məsələdə təbliğat yoluna üstünlük veririlir:

“Təbliğatla bu məsələlərin getdikcə sadələşdirilməsi, bərabərləşdirilməsi nəzərdə tutulur. Zənginliyi və kasıblığına fərq qoyulmadan, tanınmış ictimai dövlət xadimləri və Milli Qəhrəmanları çıxmaq şərti ilə, yas mərasimləri eyni səviyyədə olmalıdır”.

 

S.Novruzov qeyd edib ki, artıq respublikanın əksər rayonlarında bu məsələ öz həllini tapıb:

“Bakıda hazırda bu məsələlərin yoluna qoyulması ilə bağlı işlər gedir. Bəzi yerlərdə bu məsələ öz həllini tapıb, bəzi yerlərdə isə israfçılığa yol verilir. Biz də istəyirik ki, bunun qarşısı alınsın və vətəndaşlarımız bu məsələdə əziyyət çəkməsin".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…