MMP sədri hələ ki, HƏP-lə əməkdaşlıq barədə düşünmür

15:15 27-11-2019 | icon 337 | Siyasət
MMP sədri hələ ki, HƏP-lə əməkdaşlıq barədə düşünmür

“Azərbaycan demokratik cəmiyyətdir. Hərə bir partiya yaradır. Əli İnsanovun partiya yaratmasını da normal qarşılamaq lazımdır”.

 

Versus.Az xəbər verir ki, bu sözləri açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev söyləyib.

 

Partiya sədri vurğulayıb ki, keçmiş səhiyyə naziri Əli İnsanovun partiya yaratmasını da top-tüfənglə qarşılmağa ehtiyac yoxdur:

 

"Amma kimsə Qərbi azərbaycanlıların əksəriyyətinin Əli İnsanovun partiyasında olacağını düşünürsə, səhv edir. Müasir Müsavatda da əksəriyyət Ermənistan azərbaycanlılarından ibarətdir. Məsələn, mənim müavinlərimdən biri Balakəndən, digəri Cənub bölgəsindəndir. Halbu ki heç vaxt Azərbaycanı regionlara bölməmişik”.


H.Hacıyev deyib ki, ictimai-siyasi meydanda bir qrup var ki, ara qarışdırmaqla məşğuldur:

“Bizim qarşımızda Dağlıq Qarabağ kimi böyük problem dayanır. Heç bir ambisiyaya qoşulmadan Qarabağı azad etmək uğrunda hamımız bir yerdə olmalıyıq”.


H.Hacıyev Əli İnsanovla əməkdaşlıq haqqında hələlik düşünmədiyini söyləyib:


“Gözləyək partiya formalaşsın, görək hansı əqidəyə qulluq edir, siyasi ideoloji xətti nədən ibarət olacaq. Təbii ki, biz heç bir partiya ilə düşmənçilik etmək istəmirik. Azərbaycanın dövlətçiliyinin qorunmasında, Dağlıq Qarabğın azad olunmasında birlikdə olmalıyıq”. /Modern.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin