Ümumdünya Əqli Mülkiyyət Təşkilatının İnkişaf və Əqli Mülkiyyət üzrə Komitəsinin iclası keçirilib

15:43 27-11-2019 | icon 477 | İqtisadiyyat
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının İnkişaf və Əqli Mülkiyyət üzrə Komitəsinin iclası keçirilib

Əqli Mülkiyyət Agentliyinin Aparatının rəhbəri Natiq İsayev Ümumdünya Əqli Mülkiyyət Təşkilatının İnkişaf və Əqli Mülkiyyət üzrə Komitəsinin 2019-cü il 18-22 noyabr tarixlərində İsveçrənin Cenevrə şəhərində keçirilmiş 24-cü sessiyasında iştirak edib.

 

Agentlikdən Versus.Az-a verilən məlumata görə, sessiyada əqli mülkiyyət və inkişaf, texnologiyaların kommersiyalaşdırılması, transferi, innovasiyaların dəstəklənməsi ilə bağlı məsələlər əsas müzakirə obyekti olub, bu sahədə həyata keçirilən tədbirlər və nəticələri barədə məlumat verilib.

 

Agentliyin nümayəndəsi ölkəmizin daxil olduğu Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropa ölkələri qrupunda Komitənin hazırkı sessiyasının gündəliyində duran bütün məsələlərin müzakirələrində və vahid mövqenin formalaşdırlmasında iştirak edib.

 

Komitənin Gündəliyinin İntellektual mülkiyyət və inkişaf bölməsinin plenar iclasında çıxış edərək, dövlət başçısının dəstəyi ilə ölkəmizdə əqli mülkiyyətlə bağlı məsələlərin sistemli və uğurlu şəkldə həlli, innovativ inkişaf, texnologiyaların kommersiyalaşdırılması, transferi və innovasiyaların dəstəklənməsi sahələrində həyata keçirilən genişmiqyaslı tədbirləri diqqətə çatdırıb. O, həmçinin əqli mülkiyyət sahəsində vahid idarəetmə qurumu olan Əqli Mülkiyət Agentliyinin yaradılması, texnologiyaların transferi və kommersiyalaşdırılması və innovasiyaların dəstəklənməsi mərkəzlərinin yaradılması, blokçeyn texnologiyası da daxil olmaqla, rəqəmsal əqli mülkiyyət hüquqlarının qorunması və idarə edilməsi üzrə yeni sistemin qurulması, yeni rəqəmsal xidmətlərin təşkili və görülən işlərin nəticəsi olaraq əldə olunmuş nailiyyətlər barədə geniş məlumat verib.

 

Bununla yanaşı, N.İsayev Azərbaycan Respublikası Hökuməti ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında imzalanmış Əməkdaşlıq haqqında Memorandum çərçivəsində reallaşdırlan layihələri və həyata keçirilən tədbirləri xüsusi vurğulayaraq, bu çərçivədə ölkəmizin universitetlərində və elmi-tədqiqat institutlarında əqli fəaliyyət nəticələrinin kommersiyalaşdırılması, texnologiyaların transferi və kommersiyalaşdırılması mərkəzlərinin və innovativ startapların yaradılması və fəaliyyətlərinin dəstəklənməsi, onların nailiyyətlərini əks etdirən sərgilərin təşkil edilməsi istiqamətlərində görülən işlər barədə məlumatları sessiya iştirakçılarının nəzərinə çatdırıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi