Maşado de Assisin “Don Kasmurro” kitabının təqdimatı olacaq

11:11 28-11-2019 | icon 631 | Ədəbiyyat
Maşado de Assisin “Don Kasmurro” kitabının təqdimatı olacaq

Maşado de Assisin portuqal dilində qələmə aldığı “Don Kasmurro” romanı ilk dəfə 1899-cu ildə işıq üzü görüb. Sadə insanların, kənardan məsum və günahsız görünən kişi və qadınların riyakar həyat tərzi əsərdə fərqli dildə, fərqli ifadə tərzində oxucuya təqdim edilir.

 

Portuqaldilli ədəbiyyatın Şekspiri adlandırılan Maşado de Assisin “Don Kasmurro” əsəri ilk dəfə orijinal dildən Nigar Sultanova tərəfindən TEAS Press Nəşriyyatında çap edilib.

 

Kitabın təqdimatı 27 noyabr, saat 19:00-da Libraff kitab mağazasının Elmlər Akademiyası filialında keçiriləcək. Tədbirdə Braziliya hökümətinin ölkəmizdəki səfiri və bir sıra digər rəsmi şəxslərin iştirakı gözlənilir.

 

Tədbirin xüsusi qonağı olan Azərbaycanın tanınmış piano ifaçısı və bəstəkarı İsfar Sarabski ifası ilə qonaqları sevindirəcək.

 

Giriş sərbəstdir!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı