"Dünyəvi hakimiyyəti şeytanın hakimiyyəti kimi təbliğ etməyə çalışırlar"

12:43 28-11-2019 | icon 332 | Siyasət
"Dünyəvi hakimiyyəti şeytanın hakimiyyəti kimi təbliğ etməyə çalışırlar"

Azərbaycanda fəaliyyət göstərən bütün dinlərə bərabər yanaşılır, qayğı göstərilir. Bu, bilavasitə cənab Prezidentin apardığı siyasətin nəticəsidir və bu siyasət bundan sonra da davam edəcək.

 

Versus.Az xəbər verir ki, bunu Prezident Administrasiyasının (PA) Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsində böyük məsləhətçi Əliheydər Zülfüqarov “Azərbaycanda dünyəviliyin tarixi və bu günü” adlı konfransda deyib.

 

Ə.Zülfüqarov vurğulayıb ki, aparılan monitorinqlərdən və aidiyyəti qurumlardan gələn məlumatlardan görünür ki, müəyyən qruplar var ki, onlar xaricdən idarə olunurlar:

“Onlar dünyəviliyə qarşı sosial şəbəkələr vasitəsilə təbliğatlar aparırlar. Müşahidələrimizdə görürük ki, onlar təbliğatları zamanı qeyd edirlər ki, boşanma və evlilik münasibətlərini tənzimləmək üçün dünyəvi məhkəmələrə müraciət etməyin və gəlin bunları şəriət prinsipləri ilə həyata keçirə biləcək insanlar etsinlər”.

 

PA rəsmisinin sözlərinə görə, bu təbliğatın qurbanları isə ən sonda daha çox qadınlar olurlar:

“Çünki onlar öz hüquqlarını qoruya və sübut edə bilmirlər. Onlar dünyəvi hakimiyyəti sanki şeytanın hakimiyyəti kimi təbliğ etməyə çalışırlar. Təbii ki, bu, bizi narahat edir”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı