"Növbədənkənar parlament seçkilərinin keçirilməsi ideyasını dəstəkləyirik"

15:58 28-11-2019 | icon 606 | Siyasət
"Növbədənkənar parlament seçkilərinin keçirilməsi ideyasını dəstəkləyirik"

"YAP-ın bu gün keçirilən toplantısında hakim partiya üzvlərinin növbədənkənar parlament seçkiləri keçirilməsi təşəbbüsü ilə çıxış etməsi və növbədənkənar parlament seçkilərinin fevral ayında keçirilməsinin nəzərdə tutulması gözlənilən hal idi".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildrib:

 

"Hakim Partiyanın Siyasi Şurası bu qərarın Prezident İlham Əliyevin islahatlar kursuna və kadr islahatlarına dəstək məqsədilə verildiyini qeyd edib. Mən YAP-ın bu addımını müsbət qarşıladım və bu təşəbbüsdə qeyri-adi heç nə görmürəm. Bəzi müxalif siyasətçilərin, xüsusən də Əli Kərimlinin bu hadisəni az qala faciə kimi və top-tüfənglə qarşılaması, YAP-ın bu təşəbbüsünə müxtəlif cür don geyindirməsi anlaşılandır".

 

Partiya sədrinin fikrincə, radikal müxalifət yenə də cürbəcür bəhanə və iddialarla növbədənkənar parlament seçkilərini qaralamağa çalışacaq və siyasi manipulyasiyalara yol verəcəklər:

 

"Biz isə növbədənkənar parlament seçkilərinin keçirilməsi ideyasını dəstəkləyirik və hesab edirik ki, real siyasi gücü və elektorat bazası olan istənilən siyasi qüvvə bu seçkilərə qatıla və seçicilərin dəstəyini qazana bilər. Biz DADP olaraq növbədənkənar parlament seçkilərində öz namizədlərimizlə iştirak etməyi nəzərdə tuturuq".

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı