"Bu həm də cəmiyyətə verilən mühüm yeniləşmə mesajıdır"

18:04 28-11-2019 | icon 279 | Siyasət
"Bu həm də cəmiyyətə verilən mühüm yeniləşmə mesajıdır"

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının Milli Məclisin buraxılması təşəbbüsü ilə bağlı qəbul etdiyi qərar ölkə parlamentinin Prezident İlham Əliyev tərəfindən aparılan islahatlara adekvat reaksiya vermək niyyətindən irəli gəlir.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

 

Onun sözlərinə görə, bunu hakim partiya rəsmilərinin verilən qərarla bağlı açıqlamalarından da görmək mümkündür:

"Hesab edirəm ki, qarşıda bizi gözləyən növbədənkənar parlament seçkiləri ilə davam etməkdə olan islahat mərhələsi özünün əhəmiyyətli fazasına qədəm qoyacaq. Bu mərhələnin uğuru üçün parlamentin yenidən formalaşması vacibdir. Təbii ki, gəncləşmə önəmlidir. YAP da bunu əsas tutur. Prezident İlham Əliyev də eyni zamanda hakim partiyanın rəhbəri kimi çıxışlarında bu məqamı vurğulayıb. Prezident İlham Əliyev çıxışlarında həmçinin islahatların daha da dərinləşəcəyini, gənclərin dövlət idarəçiliyində önə çəkiləcəyini bildirib. Düşünürəm ki, YAP-ın Siyasi Şurasının qərarı məhz bu baxımdan da müstəsna əhəmiyyət daşıyacaq.

YAP illərdir ki, ölkəmizin həm siyasi, həm də ictimai həyatında mühüm missiya yerinə yetirən nüfuzlu institutdur. Partiyanın qəbul etdiyi qərar, bu xüsusda onun öz deputat korpusunu yeniləmək istəyi, həm də cəmiyyətə verilən mühüm yeniləşmə mesajıdır. Bu, nümunəvi addımdır".

 

Xatırladaq ki, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının bu gün keçirilən iclasında partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmələri tövsiyə olunub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin