Azərbaycan Ağsaqqallar Şurasının VII qurultayı keçirilib

15:25 27-02-2018 | icon 780 | Siyasət
Azərbaycan Ağsaqqallar Şurasının VII qurultayı keçirilib

Versus.az xəbər verir ki, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev çıxışında bildirib ki, Azərbaycan Ağsaqqallar Şurasında cəmiyyətin müxtəlif təbəqələrini əhatə edən nüfuzlu, müdrik insanlar toplaşıb:

"Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində hər zaman ağsaqqalların xüsusi rolu olub. Ağsaqqallar cəmiyyətdə daim nüfuzu olan şəxslər kimi seçilib. Azərbaycan Ağsaqqallar Şurası çətin dövrdə, 1990-cı ildə yaranıb. Həmin dövrdə belə bir təşkilatın yaranması məntiqi idi. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra təşkilat ardıcıl şəkildə ölkənin ictimai-siyasi həyatında aktiv iştirak etməyə başlayıb. Həmin dövrdən başlayaraq ölkədə gedən proseslərin tənzimlənməsində Azərbaycan ağsaqqalların rolu daha qabarıq şəkildə özünü göstərir. Müharibə şəraitində yaşayan Azərbaycanda gəncliyin yetişməsində, onun qorunmasında kəsərli ağsaqqal sözü hər zaman vacib olub. Bu gün də Azərbaycanın həyatında ağsaqqalların və onların təşkilatının rolu nəzərə çarpır. Ölkədə dinamik proseslər gedir, ictimai-siyasi həyatda yeniliklər baş verir. Sosial, iqtisadi sahələrdə dərin islahatlar aparılır. Bunların hamısı xalqın gələcəyi üçün edilir. Bütün bu işlərin icrasında ağsaqqalların da böyük rolu var. İnanıram ki, ağsaqqallar dövlətin, xalqın yükünü çiynində aparan insanlar kimi hər zaman öndə gedəcəklər".

Şuranın sədr müavini, akademik Teymur Bünyadov Azərbaycan prezidenti İlham Əliyev tərəfindən "İstiqlal" ordeni ilə təltif edilməsinə görə Fəttah Heydərovu təbrik edib, bunu ölkə ağsaqqallarının fəaliyyətinə verilən dəyər kimi qiymətləndirib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə deyib ki, Azərbaycan Ağsaqqallar Şurası ötən 5 il ərzində ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edib.

Qurultayda akademik Əhliman Əmiraslanov, Naxçıvan Ağsaqqallar Şurasının sədri Məmməd Məmmədov və başqa şəxslər çıxış ediblər.

Təşkilatın sədri, Milli Məclisin deputatı F. Heydərov yenidən Azərbaycan Ağsaqqallar Şurasının sədri seçilib.

Sonda F. Heydərov çıxış edərək ona göstərilən etimada görə qurultay iştirakçılarına minnətdarlığını ifadə edib:

"Fürsətdən istifadə edib, bu günlərdə "İstiqlal" ordeni ilə təltif olunmağıma görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlığımı bildirirəm. Bu, cənab prezident tərəfindən ölkə ağsaqqalların fəaliyyətinə verilən ən ali dəyərdir".

Qeyd edək ki, F. Heydərov 2013-cü ildə Azərbaycan Ağsaqqallar Şurasının Vl qurultayında təşkilatın sədri seçilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI