Ümid Partiyası müxalif partiyaları seçkidə iştiraka səslədi

16:04 29-11-2019 | icon 390 | Siyasət
Ümid Partiyası müxalif partiyaları seçkidə iştiraka səslədi

Bu gün Ümid Partiyası Rəyasət Heyətinin toplantısı keçirilib. Toplantıda növbədənkənar parlament seçkilərinin keçirilməsi müzakirə olunub. Rəyasət Heyəti üzvlərinin hər biri seçkilərin keçirilməsinə öz münasibətini açıqlayıb.

 

Versus.Az xəbər verir ki, bu barədə Ümid Partiyasının Mətbuat Xidməti məlumat verib.

 

Məlumatda bildirilir ki, regionda və ölkə daxilindəki mövcud siyasi situasiya, partiyanın seçkiyə hazırlığı, digər müxalif partiyaların növbədənkənar parlament seçkilərinə ilkin reaksiyaları müzakirə olunub.

 

Geniş müzakirələrdən sonra Ümid Partiyasının Rəyasət Heyəti Ali Məclisin sesiyasının çağırılması və seçki məsələsinin müzakirə edilməsinə qərar verib.

 

Qeyd edək ki, Rəyasət Heyəti seçkidə iştiraka müsbət yanaşır və bunu Ali Məclisə müzakirə üçün tövsiyə edir.
O cümlədən Ümid Partiyası Rəyasət Heyəti cəmiyyətdə aktivliyin, siyasi proseslərdə dinamikanın artırılması və parlament seçkilərinin ölkənin siyasi-ictimai həyatında mühüm bir hadisə olduğunu nəzərə alaraq, bütün müxalif partiyaları seçkidə iştirak etməyə və demokratik seçki nəticələri üçün funksional əməkdaşlığa dəvət edib.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı