"Seçkilərdə iştirak etməyən partiyanın mövcudluğu gülməlidir" - MÜSAHİBƏ

16:25 29-11-2019 | icon 803 | Siyasət
"Seçkilərdə iştirak etməyən partiyanın mövcudluğu gülməlidir" - MÜSAHİBƏ

Razi Nurullayev: "Müxalifət bu gün hansı gücdədirsə, hansı təşkilati vəziyyətdədirsə, bir neçə ay fərqli olması inandırıcı deyil"

 

AXCP sədri Razi Nurullayevin Versus.Az İnformasiya Agentliyinə müsahibəsi.

 

- Razi bəy, bu gün gündəmdə daha çox olan və müzakirə edilən məsələ YAP-ın parlamenti buraxmaq qərarı və fövqaladə seçkilərdir. Necə düşünürsüz, növbədənkənar parlament seçkilərinin keçirilməsini tezləşdirən səbəb nə idi?

 

- Parlament YAP-ın gözləntilərini doğrultmadı, xaricdən gələn hədələrə cavab verməkdə fiasko etdi, o cümlədən Prezidenti və komandasını narahat edən məsələlərə münasibət bildirməkdən çəkindi, bəzən isə açıq-açığına yaxasını kənara çəkdi. Bəzi deputatlardan isə fikir bildirmək tələb olundu. Amma əməl etmədilər. Yəqin ki, bu səbəblər rol oynadı. İstənilən halda, YAP qərar verib və doğrusunu da onlar bilirlər. Sadəcə, mənim düşüncəm belədir ki, gərək kölgəsində yatdığln ağacın kəsilməsinə səssiz qalmayasan.

 

- AXCP olaraq parlamentə hazırlıqlarla bağlı hansı tədbirlərin görülməsini düşünürsüz?

 

 

- Qərar verilsin, biz də toplaşıb qərar verəcəyik. Hazırlıq namizədlərin son siyahısının hazırlanması olacaq. Xalqla daha yaxın təmas qurmaq üçün səyləri artırmaq lazım gələcək. Bu gün vacib olan məsələlərdən biri xalqın seçkiyə inamının olmasıdır, o cümlədən xalqın iradəsinin rol oynacağına inamın artırılmasıdır. Bu inam həm xalqda, həm də siyasi partiyalarda, iştirak etmək istəyən namizədlərdə formalaşdırılmalıdır.

 

- Bildiyiniz kimi, bəzi partiya sədrləri "qəfil yaxalandıq" və bu kimi başqa bəhanələrlə artıq seçkiyə mövqelərini sərgiləyirlər. Siz necə düşünürsünüz, müxalifət parlamentə qatılmalıdırmı və bu prosesdə üstünlüyü əldə edə bilərmi?

 

- Siyasi müxalifət mütləq iştirak etməlidir. Seçkilərdə iştirak etməyən partiyanın mövcudluğu gülməlidir. Əgər azad və şəffaf seçkiyə inam yoxdursa, iştirak etməsən bunu necə sübut edərsən? Həm də ki, bütün seçkiləri boykot etməklə gününü keçirən siyasətçilərin nəticə alması ilə bağlı tarixdə fakt yoxdur. Seçkilərdə iştirak edib üstünlük qazanmağı isə hər kəs arzulayır. Bugünkü vəziyyətlə, bugünkü reallıqla bu o qədər də real görünmür.

 

- Belə bir qərar gözlənilən idimi və siyasi partiyalar YAP-ın bu cür fövqaladə qərarına fövqaladə reaksiya verməyə hazırdırmı?

 

- Parlamentin buraxılması təbii ki, gözlənilirdi və bu demək olar ki, heç gündəmdən düşmürdü. Seçkinin bu gün və ya sabah keçirilməsinin müxalifətin hazırlığına dəxli yoxdur. Müxalifət bu gün hansı gücdədirsə, hansı təşkilati vəziyyətdədirsə, bir neçə ay fərqli olması inandırıcı deyil. Əksinə, indiki vəziyyətdə narazılıq daha çoxdur, xalqla təmas imkanları daha genişdir. Sabah isə məkan daha da darala bilər. Məsələlərə ancaq zəiflik və məğlubiyyət müstəvisindən baxmağa tərəfdar deyiləm. Pessimist və məğlubiyyət davranışları müxalifəti dəstəkləyən kəsimi də psixoloji cəhətdən məğlubiyyətə yönləndirir.

 

- Növbədənkənar seçki parlamentin yenidən formalaşması prosesində hansı təsirlər və hansı dəstək rol oynaya biləcək?

 

- YAP-ın iradəsinin mühüm olacağı gözlənilir. Xalq isə kütləvi olaraq seçkilərə qatılarsa, iradəsi nəzərə alınacaq. Seçkidə fəal olmayan, iştirak etməkdən boyun qaçıran, seçkiyə inanmayan və onun sahibinə çevrilmək istəməyənlərin nə rolu və iradəsi olacaq ki?.

 

A.Zeynallı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı