İstifadə müddəti saxtalaşdırılmış məhsullar dövriyyədən çıxarıldı

16:48 29-11-2019 | icon 507 | İqtisadiyyat
İstifadə müddəti saxtalaşdırılmış məhsullar dövriyyədən çıxarıldı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

 

Versus.Az xəbər verir ki, daxil olmuş məlumat əsasında Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində fəaliyyət göstərən “Xəzər” marketdə monitorinq keçirilib. Monitorinq zamanı marketdə “Amal” firmasına məxsus saxlama müddəti ötmüş “Amal” əmtəə nişanlı dovğanın istehsal və istifadə müddətinin xüsusi ağardıcı vasitələrdən istifadə edilərək dəyişdirilməsi və saxtalaşdırılaraq satışının həyata keçirildiyi aşkarlanıb.

 

İstehsalçıya həmin məhsulların ticarət şəbəkələrindən dərhal geri çağırılması ilə bağlı göstəriş verilib. “Xəzər” marketdən, eləcə də digər ticarət şəbəkələrindən geri çağırılan məhsullar Agentliyin əməkdaşlarının iştirakı ilə məhv edilib. İstehsalçı firmaya qarşı qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.

 

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI