Məhkəmə Ekspertlərinin Reyestri yaradılacaq

17:01 29-11-2019 | icon 241 | Gündəm
Məhkəmə Ekspertlərinin Reyestri yaradılacaq

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanda məhkəmə ekspertlərinin fəaliyyəti ilə bağlı “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

 

Versus.Az xəbər verir ki, dəyişikliyə əsasən, məhkəmə ekspertlərinə ixtisaslaşmasından və hazırlıq səviyyəsindən asılı olaraq ixtisas dərəcəsi veriləcək.

 

Bununla bağlı qanuna 11-2-ci maddə (Məhkəmə ekspertlərinin attestasiyası) əlavə edilir.

Attestasiyanın keçirilməsi və ixtisas dərəcəsinin verilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

Məhkəmə ekspertlərinin fəaliyyətində bu yeniliklər olacaq: "Qanuna edilən digər dəyişikliyə əsasən Məhkəmə Ekspertlərinin Reyestri yaradılacaq. Yeni maddəyə görə, müvafiq icra hakimiyyəti orqanı məhkəmə ekspertizası idarələrinin ekspertləri və özəl məhkəmə ekspertləri barədə məlumatlar Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edəcək. Reyestr müvafiq icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində yerləşdiriləcək və məlumatlar daim yenilənəcək.

 

Həmçinin qanun layihəsinə əsasən, özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxs bununla bağlı şəhadətnamə almaq üçün müraciət edə bilər. Bunun üçün müvafiq dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədlə yanaşı aşağıdakı tələblərdən birinə cavab verdiyini təsdiq edən sənədləri təqdim etməlidir:

1) ekspert qismində fəaliyyət göstərmək istədiyi ixtisas üzrə ən azı 10 il işlədiyini; 2) ekspert qismində fəaliyyət göstərmək istədiyi ixtisas üzrə fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsinin olduğunu; 3) xüsusi biliklərə malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınan sənədlərinin (diplom, sertifikat və sair) mövcudluğunu".

Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Pis vəkil, yaxşı vəkil və mükəmməl vəkil...

“Səndən sonra” Təbrizdə - FOTO

Bizim "üçlüy"ümüz...

Qurban bayramının mahiyyət və FƏLSƏFƏSİ

Britaniya parlamentində Tovuz döyüşləri müzakirə olunacaq

Türkiyəli hərbçilər Gəncədə - VİDEO

20 məktəbə yeni direktor təyin edildi - SİYAHI

Azərbaycanda Qurban bayramı qeyd olunur

Azərbaycan və Türkmənistan prezidentləri arasında telefon danışığı olub

İlham Əliyevdən Qurban Bayramı ilə bağlı paylaşım - FOTO

"Ermənistan yenidən təxribatlara əl atarsa, cavabı layiqincə veriləcək"

Köhnə nazirlər - Kimlər gedib, kimlər qalıb...

Rayonlara gediş-gəliş bərpa edilir?

Birgə təlimlərdə iştirak edən hərbi qulluqçular üçün Qurban bayramı tədbiri təşkil olunub - VİDEO

Sabaha olan HAVA PROQNOZU