Yeni mərkəz yaradılır - “Qarabağ Tribunası” 

21:13 30-11-2019 | icon 746 | Siyasət
 Yeni mərkəz yaradılır - “Qarabağ Tribunası” 

"Ərazi bütövlüyündən başqa variantları rədd edirik"

 

30 ildən çoxdur Dağlıq Qarabağ ətrafında davam edən hərbi-siyasi proseslər yeni və ölkəmiz üçün təhlükəli mərhələyə qədəm qoyub.

 
 
Hazırda Ermənistan beynəlxalq ictimai rəydə öz hərbi qələbələrini siyasi-diplomatik gedişləri ilə möhkəmləndirmək istiqamətində uğurlu mövqeyə çıxıb. Demokratik cəmiyyət quruculuğu istiqamətində beynəlxalq təqdir qazanıb. Rusiyanı və Qərbi öz milli maraqları ilə hesablaşmağa sövq edib. Bu şəraitdən də istifadə edərək ərazilərimizdə məskunlaşma həyata keçirir, “xalqların sülhə hazırlanması” prosesindən yararlanır.
 
 
Azərbaycan isə nüfuzlu beynəlxalq hesabatlarda “Qeyri-azad” ölkə kimi xarakterizə olunmaqda davam edir və bu, diplomatik danışıqlarda ölkəmizin mövqelərini kəskin sürətdə zəiflədir.
Xalqımızın sosial-iqtisadi, hüquqi təminatı da getdikcə pisləşir və dövlət-vətəndaş münasibətlərində gərginlik artır.
 
 
Cəmiyyətdə vətəndaş iştirakçılığının çərçivəsi tamamilə daraldılıb. Xüsusi ilə də Qarabağla bağlı müstəqil və müxalif təşəbbüslərin cəmiyyətdə sərbəst ifadə olunmasına ciddi əngəllər yaradılır. İqtidar Qarabağ problemi ilə bağlı bütün məsələləri öz inhisarında saxlamağa çalışır.
 
 
Diplomatik danışıqlarda ölkənin maraqları ön planda ifadə edilmir. Ermənistanın hücum diplomatiyasına, işğalçılıq siyasətinə, Rusiya rəsmilərinin əzici bəyanatlarına Azərbaycan hökumətinin zəif və adekvat olmayan münasibəti cəmiyyəti mənəvi aşınmaya məruz qoyur.
 
 
Mövcud siyasi situasiyada ölkə müxalifətinin, vətəndaş cəmiyyətinin və ziyalıların da Qarabağ probleminin həllinə hər hansı formada müsbət təsirlərindən danışmaq olmur. Cəmiyyətin əksəriyyətinin bu ümummilli problemin həllinə istiqamətlənməsinə süni əngəllər mövcuddur. Təəssüf ki hələ də bu əngəllərin aşılması istiqamətində konseptual, etimadlı və prinsipial çalışmalar diqqət çəkmir.
 
 
Ölkəmiz üçün yaranmış mövcud təhlükəli şəraiti dərindən analiz etmək, görülməsi zəruri olan işləri müəyyənləşdirmək və həyata keçirmək istiqamətində peşəkar çalışmalara ciddi ehtiyac yaranıb. Biz, aşağıda imza edənlər bu məqsədlə “Qarabağ Tribunası” adlı ictimai-siyasi vətəndaş təşəbbüsü ilə çıxış etməyə qərar verdik.
 
 
İctimai, siyasi, hüquqi və analitik təhlillərin aparılmasını və cəmiyyətin müzakirəsinə təqdim edilməsini, habelə, Qarabağ probleminin doğurduğu sosial qruplara yönəlik işin təşkilini, cəmiyyətin hazırlığının artırılmasını, təşkilatlandırılmasını həyata keçirməyi nəzərdə tuturuq.
 
 
Eyni zamanda siyasi partiyaların, ictimai təşkilatların, ictimai-siyasi xadimlərin, ziyalıların və sosial şəbəkələrin rəy liderlərinin əksəriyyətin baxışlarını öyrənmək, ümumiləşdirərək müvafiq strategiyanın hazırlanmasını həyata keçirmək niyyətindəyik.
 
 
Biz hesab edirik ki, Qarabağ problemi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər. Digər variantları qətiyyətlə rədd edirik.
 
 
Qarabağ məsələsi ətrafında mövsümi kampaniyalar, manipulyasiyalar, şəxsi və siyasi maraqlardan doğan fəaliyyətlər cəmiyyətin bu ümummilli problemə qeyri-ciddi münasibətini formalaşdırır. Hətta Qarabağla bağlı ən önəmli ideyalara da cəmiyyətin laqeyd yanaşmasına gətirib çıxarır. Biz öz fəaliyyətimizlə bu istiqamətdə mövcud olan neqativləri dəyişməyə cəhd edəcəyik. Qarabağ məsələsinin həlli naminə cəmiyyətdə müsbət mövqeyi olan hər kəslə əməkdaşlıq etməyə hazırıq.
 
 
İmza:
 
 
1.Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl
2.“Bakı Dirçəliş” Birliyinin sədri Abbasağa Məmmədov
3.Politoloq Xəqani Cəfərli
4.Politoloq Nəsimi Məmmədli
 
 
 
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol