"Haqq-ədalət bir az acı olur, nəyisə deyirsən, səni “vururlar”"

21:45 30-11-2019 | icon 451 | Siyasət
"Haqq-ədalət bir az acı olur, nəyisə deyirsən, səni “vururlar”"

Hafiz Hacıyev: "Son vaxtlar aparılan islahatlar dövlətçiliyin möhkəmlənməsinə yönəlmiş addımlardır"

 

“Qarşıda görəcəyimiz çox işlər var, bunun üçün hamımız birinci şəxsin, ölkə başçısının yardımçısı olmalıyıq, ona kömək etməliyik. Düzdür, bu gün bəzi qüvvələr prezident islahat aparanda da, aparmayanda da ona qarşı gedir və hər şeyə də bir mız qoyurlar”

 
 
Versus.Az Moderator.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev son islahatlar haqda danışarkən deyib.
 
 
H.Hacıyev həmişə ölkə başçısına bu islahatlarda dəstək verəcəklərini bildirib:
 
 
“Açığını deyim ki, son islahatları biz yüksək səviyyədə dəyərləndiririk və düşünürük ki, bu bizim arzu etdiyimiz bir plan idi və asta-asta həyata keçirilir. Qarşıda görəcəyimiz çox işlər var, bunun üçün hamımız birinci şəxsin, ölkə başçısının yardımçısı olmalıyıq, ona kömək etməliyik. Düzdür, bu gün bəzi qüvvələr prezident islahat aparanda da, aparmayanda da ona qarşı gedir və hər şeyə də bir mız qoyurlar. Düşünürəm ki, ölkədə bütün sağlam qüvvələrin birliyi yaradılmalıdır, keçirilən islahatlar isə buna təkan verməlidir. Ölkə başçısına özünün dediyi kimi ədalətli təkliflər verilməli, ona düzgün məlumatlar çatırmaq üçün bizim kimi müxalifət qüvvələri qorxmamalıdır. Hər halda sağlam düşüncəyə söykənən, dövlətimizin və millətimizin gələcəyi naminə bütün təklifləri verməliyik. Təbii ki, haqq-ədalət bir az acı olur, nəyisə deyirsən, səni “vururlar”, demirsən, onda da dövlətin sütunları sarsılır. Amma son vaxtlar aparılan islahatlar dövlətçiliyin möhkəmlənməsinə yönəlmiş addımlardır. Biz bu addımları alqışlayırıq və istər kadr islahatları, istərsə də siyasi islahatlarda bütün milli qüvvələr bir araya gəlməlidir və oturub ağıllı təkliflər verməklə həm Dağlıq Qarabağ məsələmizi həll edə, həm də ölkədəki sabitliyi qoruyub saxlamaqla Azərbaycanın gələcək ən güclü inkişafını təmin edə bilərik. 
 
 
O cümlədən də bizə düşmən kəsilən qüvvələrin ağzı yumular və ölkədən xaricə məlumat ötürən qüvvələr siyasi alverlə məşğul ola bilməzlər. Bunların addımları nə müxalifətçilik, nə də vətənpərvərlik deyil, bu sadəcə müxənnətlikdi. Biz həmişə ölkə başçısının apardığı islahatlarda onun yanında olmuşuq və dəstək vermişik. Bundan sonra da o dəstəyi yenə də əlimizdən gələni əsirgəməyəcəyik. Əgər biz hər xeyirxah işi pis qələmə versək, onda heç nəyə nail ola bilmərik. Biz prezidentin apardığı islahatlarla irəli getməliyik və bəzi nöqsanlı məsələləri də vaxtında prezidentə çatdırmalıyıq. Ölkə başçısı özü də bunu dəfələrlə qeyd edib. Bu düz sözdən isə hakimiyyətin daxilində olan insanlar və digərləri qıcıqlanmamalıdırlar. Biz ağıllı, təmiz insanların iş təcrübəsindən nümunə götürüb ölkədə normal bir barış hökuməti yaratmalıyıq. İstər ermənilər, istərsə də bizə qənim kəsilən digər qonşu dövlətlər aqressiv münasibətdədirlər və biz bunları görürük. Çox ciddi şəkildə Azərbaycanda vəziyyəti qarışdırmaqdan ötrü satqın qüvvələrə böyük pullar yatırıblar. Bunların qarşısını almaqdan ötrü vətənpərvər, xalqını, dövlətini sevən, Qarabağı azad görmək istəyən qüvvələrin hamısını bir yerdə ölkə başçısıyla bu islahatları başa çatdırmağı arzu edirəm”.
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları

Bu qadınlar pensiyaya daha tez çıxa biləcəklər