Xəstəliyi səbəbindən evə qapanan gənc

07:45 02-12-2019 | icon 409 | Sağlamlıq
Xəstəliyi səbəbindən evə qapanan gənc
Türkiyənin Adana bölgəsində yaşayan Murat Kılıç adlı şəxsin həyatı getdikcə kabusa dönüb. Buna səbəb onun bütün bədəninin əhatə edən xəstəliyidir. 
 
 
Versus.Az Medicina.az-a istinadən xəbər verir ki,26 yaşlı şəxs hələ 12 yaşında olarkən bədənində qabarıq qabıqlar əmələ gəlməyə başlayıb.
 
 
O bunun səbəbinin göbələk xəstəliyi olduğunu hesab edib və dərman qəbul edərək həyatına davam edib. 
 
 
Lakin xəstəliyini önəmsəməyən Muradın xəstəliyi getdikcə irəliləyib.Artıq bütün bədəninə yayılan qabıqlanmalar onun həyat fəaliyyətini də qısıtlayıb. Belə ki, o işindən ayrılaraq özünü evə qapadıb. 
 
 
Təkrar müayinəyə gedən Muratın xəstəliyinin pullu dəmrov olduğu aşkarlanıb. Pullu dəmrov və ya psoriaz dərinin xroniki, autoimmun, qaşıntılı, qızartılı və qabıqlı səpkiləriylə özünü göstərən yoluxucu olmayan xəstəliyidir.
 
O müalicə olmaq üçün bütün yollara əl atıb, lakin bir faydası olmayıb.
 
Xəstəliyi səbəbindən həyatının alt-üst olduğunu bildirən Murad, artıq üz,göz və qollarına yayıldığı  üçün işindən ayrıldığını və evdən çıxmaq istəmədiyini bildirib. Onun sözlərinə görə dərman qəbul etdikdə nisbətən rahatlıq tapır, lakin sonra yaralar daha da çox çıxmağa başlayır.  
 
 
Murat çölə çəxa bilmədiyini insanların onun görünüşündən qorxduğunu bildirib. O avtobusa mindiyi zaman oturduğu yerə tökülən dəri qabıqlarından ətrafdakıların narahat olduğunu bildirib. 
 
 
Belə yaşamağın çətinliyindən danışan gənc sağalıb yenidən cəmiyyətə qoşulmaq istədiyini bildirib. 

Xəstəliyi səbəbindən evə qapanan gənc -  Oturduğu yerə dərisindən qabıqlar tökülür
Xəstəliyi səbəbindən evə qapanan gənc -  Oturduğu yerə dərisindən qabıqlar tökülür
Xəstəliyi səbəbindən evə qapanan gənc -  Oturduğu yerə dərisindən qabıqlar tökülür

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI