Böyüklərdə immunitet zəifliyinin 10 əlaməti

08:10 02-12-2019 | icon 143 | Sağlamlıq
Böyüklərdə immunitet zəifliyinin 10 əlaməti

İmmunitetsiz insan mövcud ola bilməz. Bütün limfositlər, leykositlər, faqositləri immun sistem idarə edir.

 

 
İmmunitet uşaq ikən formalaşır, əgər ciddi autoimmun xəstəliklər yoxdursa, immunitet əvvəldən dəyişməz olaraq qalır. Lakin müəyyən səbəblərdən zəifləyə bilər. Orqanizmin müqavimət qabiliyyətinin azalması immun sistemin işinin zəifləməsi deməkdir.
 
 
Versus.Az Medicina.az-a istinadən böyüklərdə immunitetin zəifləməsini göstərən əlamətləri təqdim edir:
 
-Tez-tez xəstələnir, sağalması uzun çəkir
 
-Az iş görsə də tez yorulur
 
-Yaraları gec sağalır
 
-Ağızın içi, damaq, selikli qişalarında yaralar, zədələnmələr, səpmələr olur
 
-Nəmalum səbəblərdən hərdən bir nahiyəsi ağrıyır
 
-İştahı zəifdir
 
-Saçları, dırnaqları, dərisinin vəziyyəti yaxşı deyil
 
İmmunitet zəifliyi insanı öldürməz, amma elə qəza, travma, infeksiyalar, viruslara yoluxma ola bilər ki, ağırlaşmalar baş verə bilər.
 
 
İmmunitet nədən zəifləyir?
 
1.Xroniki stress, əsəbdən
 
2.Genetik, irsi faktorlar
 
3.Ciddi əməliyyat sonrası, xəstəliklərdən
 
4.Yaşla əlaqədar
 
5.Zərərli qidalanma səbəbindən mineral və vitamin çatışmazlığı
 
6. QİÇS, İİV, hepatit
 
7.Digər xroniki ağır xəstəliklər
 
 
 
İmmuniteti qaldıran hər hansı dərman, tablet, iynə yoxdur. İmmunstimulyatorlar heç bir təsir etmir.
Sintetik vitamin həbləri və BAD-lar da immuniteti qaldırmır. Amma orqanizmin vitamin, mineral balansını düzəltməklə, yaxşı qidalanmaqla, əsəbləri sakitləşdirməklə immuniteti qaydaya salmaq olar.
 
 
Daha çox balıq, dəniz məhsulları, tərəvəzlər, meyvələr, müxtəlif bitkilər, çaylar, smuzilər qəbul edə bilərsiz. Avokado, brokkoli, yumurta sarısı, istiot, balqabaq, kök, çuğundur, bal, qara zirə, kətan toxumu, qaraciyər, sümük suyu, qarabaşaq, sitsur meyvələri, gün işığı, sakitləşdiricilər immunitet üçün vacibdir.
 
 

Böyüklərdə immunitet zəifliyinin 10 əlaməti –  Nələr qəbul etməli?
Böyüklərdə immunitet zəifliyinin 10 əlaməti –  Nələr qəbul etməli?

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Bu xəstəlik istənilən yaşda hər kəsi yaxalaya bilər”

Pandemiya ilə bağlı ən faciəvi görüntü - VİDEO

Son 10 ildə ən yaxşı penalti vuran futbolçular

Hava XƏBƏRDARLIĞI

Sədərək Ticarət Mərkəzi açılır

“Barselona”nın baş məşqçisi beş əvəzetməni şərh edib

Dünya kubokunun azərbaycanlı qalibi Ramil Səfərova şahmat əsəri YAZDI

Vətənin və Ramil Səfərovun haqqı

“Türk dünyası həqiqətlərinin daha geniş yayılmasında aydınların rolu” - onlayn KONFRANS

Maska taxmamağa görə tətbiq olunacaq cərimə məbləğləri açıqlandı

İDDA Dilqəmlə Şahbazın işinə baxılması üçün Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etdi

İran parlamentində yerdəyişmə nədən xəbər verir?

İyunun 15-i saat 00.00-dək uzadıldı

Ramil Səfərovla bağlı iddiaları qitə məhkəməsi qəbul etmədi

Komitə sədri qədim Azərbaycan-türk yurdu İrəvanın mədəniyyət tarixi ilə bağlı çıxış edib