"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyindən nəcib təşəbbüs

08:57 02-12-2019 | icon 877 | Cəmiyyət
"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyindən nəcib təşəbbüs

Noyabrın 16-da "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin dövlət qeydiyyatına alınmasının 12-ci ildönümü tamam oldu. Birliyin sədri, müharibə veteranı Şamil Sabiroğlunun təşəbbüsü və bir neçə qeyri-hökumət təşkilatının dəstəyi ilə aztəminatlı ailələrin övladları üçün sünnət mərasimi keçirildi.

 

Versus.Az-ın məlumatınagörə, noyabrın 30-u Bakının Xətai rayonunda fəaliyyət göstərən "Medika Hospital" da keçirilən sünnət mərasimi Azərbaycan Respublikası "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyi, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondu, "Yeni Yurd" Sosial İnkişaf ictimai birliyi, Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyi Nizami (Bakı) Filialının və "Medika Hospital"ın birgə təşkilatçılığı ilə baş tutdu.

 

Gün ərzində 15 nəfər azyaşlı sünnət edildi. "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin rəhbəri və əməkdaşları bu aksiyaya təmənnasız olaraq dəstək duran "Medika Hospital"ın təsisçisi və baş direktoru Vüqar Tarquliyevə, baş həkim, tibb elmləri üzrə fəlsəfə doktoru Abasət Hüseynəliyevə, Cərrahiyyə şöbəsinin müdiri Gündüz İbadova, Klinikanın Poliklinika şöbəsinin müdiri, şəhid Ədalət və Evarist Paşayevlərin bacısı xanım Məhəbbət Paşayeva, Klinikanın Uzman cərrahı İlkin Haşımova, Klinikanın baş tibb bacısı xanım Samirə Ağacanovaya, Cərrahiyyə şöbəsinin baş tibb bacısı xanım Məlahət Süleymanovaya, tibb bacısı xanım Pərvinə Məmmədəliyevaya, kiçik tibb bacısı xanım Gülnarə Binnətəliyeva, qadın anestizioloq-reanimatoloqu xanım Rəsmiyyə Rəsulovaya təşəkkürlərini ifadə ediblər.

 

"Həqiqətən də əsasən işğal edilmiş şəhər və rayonların sakinlərinin azyaşlı övladlarına, eyni zamanda, aztəminatlı ailələrin azyaşlı övladlarına nümunəvi tibbi xidmətin şahidi olduq".


Qeyd edək ki, bu xeyirxah aksiyanın yaxın vaxtlarda yenə davam etdiriləcəyi bildirilib.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”