Qışın ilk günündə “QIŞ NAĞILI”

11:29 02-12-2019 | icon 1115 | Film
Qışın ilk günündə “QIŞ NAĞILI”

Qışın ilk günü Cinema Plus şəbəkəsi Heydər Əliyev Sarayında “Qış nağılı” komedik filminin qala gecəsini təşkil edib.

 

Versus.az-ın məlumatına görə, “Qış nağılı” filmi 2019-cu ildə Cinemazadeh kompaniyasının istehsal etdiyi ən böyük layihədir.

 

İki hissədən ibarət olan filmin baş prodüsseri, ideya müəllifi və quruluşçu rejissoru Cəfər Axundzadə, ssenari müəllifləri Vüqar Hüseynov, Talıb Əhmədov və Cəfər Axundzadədir.

 

Filmdə baş qəhrəman yoxdur və buradaki hadisələr yeni il gecəsi şəhərdən kənar bir oteldə cərəyan edir. Buraya toplanmış müxtəlif ailələrın hər birinin başına özünəməxsus bir hadisə gəlir. Ailələrdən biri illərdi uşaqlarının xeyir işini düşən yasların nəticəsində ildən-ilə atan qəhrəmanalardır.

 

Bu ailənin qəhrəmanlarını canlandıran aktyorlar – Elcan Rəsulov, Oksana Rəsulova, Səidə Quliyeva, Sənubər İsgəndərli, Oqtay Əliyev və Asya Abdullyevadır (aktrisa filmin çəkildiyi zaman dünyasını dəyişmişdir).

 

Nişan mərasimini məhz bu oteldə və yeni il gecəsində keçirməyi qərara alan ailə və onların dostları (Əlixan Rəcəbov, Taleh Yüzbəyov, Rövşən Məmmədli, Samira Əfəndi, Dilarə Kazımova müxtəlif xoşagəlməz hadisələr ilə üzləşir. Başqa iki ailə isə həm sosial durumu baxımından, həm də dünya görüşü müxtəlif olan insanlardır. Bunlardan biri pul gücünə oteldə ailəsi üçün ən bahalı nömrəni icarəyə götürür, o biri isə radioda səslənən viktorinada qalib gələn ailədir (Murad Dadaşov, Günül Məmmədova, Məcid Hüseynov vəv Şəlalə Şahvələdqəzı). Sevdiyi qıza öz məharətini, sevgisini və qoçaqlığını ssübut etmək istəyən gəncin başına gələn hadisələrdə isə İslam Mehrəliyev, Kəmalə Piriyeva, Ceyhun Zeynalov (Cin) və Nofəl Şahmaroğlu rol alıblar.

 

Filmdə Türkiyədən dəvət olunmuş müğənni Xəlil Sezai və aktrisa Müqe Bozun yaratdığı qəhrəmanların da başına gələn hadisələr böyük maraq və gülməli hallar yaşadır.

 

Diqər rollarda Əbdül Mahmudov, Elməddin Cəfərov, Aqil M.Quliyev, Samir Ələsgərov, tural Əsədov, İlkin Həsəni və başqaları çəkiliblər.

 

Film nənənin nəvəsinə danışdığı nağıl ilə başlayır. Nənənin danışdığı nağılda əsasən sehrli kürə vurğulanır ki, o da filmdəki qəhrəmanların bütün arzularının qeydə alir.

 

Nənə rolunda Zemfira Sadıxova, nəvə rolunda isə Dəniz Axundzadə çəkilib.

Filmə yazılan musiqinin müəllifi Ruhin Məmmədov, saundtreklər isə xalq artistləri Brilyant Dadaşovadır. Tünzalə Ağayevanın, gənc ifaçılar Elnur Hüseynov, Dilarə Kazımova, Elvin Novruzov və Samirə Əfəndinin ifasında səslənib.

 

Filmin birinci hissəsi artıq təqdim olundu.... Səbirsizliklə filmin ikinci hissəsini gözləyirik.

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi