TRACECA Hökumətlərarası Komissiyanın XIV iclası keçiriləcək
Dekabrın 6-da Bakıda Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Sazişin imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans və TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin XIV iclası keçiriləcək.
Versus.Az Azərbaycan İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, tədbirlərdə TRACECA-ya üzv və müşahidəçi ölkələrin rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək.
Qeyd edək ki, TRACECA – MDB-yə göstərilən texniki yardım (TASIS) çərçivəsində xüsusi bir layihədir. O, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilir. Layihə 1993-cü ilin may ayında Brüsseldə keçirilən konfransda 8 ölkənin (5 Mərkəzi Asiya, Qazaxıstan və 3 Cənubi Qafqaz respublikası) iştirakı ilə qəbul edilib.
Xəbər lenti
"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"
"Ətrafda yağışdan sonra göbələk kimi yaranan yeni münaqişə zonası var"