Xırdalanda ödəmə terminalı qarət olunub
Abşeron rayonunda oğurluq hadisəsi qeydə alınıb.
Versus.Az xəbər verir ki, hadisə rayonun Xırdalan şəhərində yerləşən "Gənclər şəhərciyi"ndə baş verib.
Ötən gün gecə saatlarında ərazidə yerləşən supermarketin qarşısında olan ödəmə terminalı sındırılaraq içərisində olan pul əskinasları aparılıb. Əraziyə hüquq-mühafizə orqanları tərəfindən baxış keçirilib.
Fakt üzrə əməliyyat istintaq tədbirləri həyata keçirilir. /APA/
Versus.Az
Xəbər lenti
Rusiya Moskva yaxınlığındakı terrorda "Ukrayna izi" TAPDI
İstintaq terror aktının icraçılarının Ukraynadan...