X Çağırış Kubokunun qalibləri müəyyənləşib

07:19 03-12-2019 | icon 332 | Mədəniyyət
X Çağırış Kubokunun qalibləri müəyyənləşib

Azərbaycan Gənclər Fondunun dəstəyi və “Xəzər İntellektual Gənclər Klubu“nun təşkilatçılığı ilə X Çağırış Kubokunun final oyunları keçirilib.

 

Versus.Az xəbər verir ki, Nə? Harada? Nə zaman? intellektual oyunu üzrə keçirilən X Çağırış Kuboku turniri Azərbaycan dilli hərəkatın ənənəvi turnirlərindəndir. Kubokuun keçirilməsində məqsəd gənclərin asudə vaxtının səmərəli təşkili, onların intellektual inkişafının təmin olunması və intellektual oyunlar hərəkatının bütün ölkəni əhatə etməsinin reallaşdırılmasıdır.

 

Kubok çərçivəsində Gəncə və Bakı şəhərlərində seçim turları keçirilmiş, finala vəsiqə qazanan komandalar müəyyən edilmişdir. Finala paytaxt Bakı ilə yanaşı Quba, Gəncə, Lənkəran, Goranboy, Mingəçevir, Şəki, Sabirabad, Sumqayıt təmsilçiləri də daxil olmaqla 31 komanda vəsiqə qazanmışdır.

 

Turnirin finalı 30 noyabr – 01 dekabrda Bakıda təşkil edildi. Finalda təmsil olunan komandalar “Çağırış kuboku“ və “Regionlar Kuboku“ uğrunda mübarizə apardılar. Turnirin ilk günü Nə? Harada? Nə zaman? intellektual oyunu keçirilən yarışlarda bu iki kubokun qalibləri müəyyənləşdi.

 

Regionlar Kubokunu Şəki şəhərini təmsil edən “Marxal Resort“ komandası, 2-ci və 3-cü yeri isə müvafiq olaraq Sabirabad və Gəncəni təmsil edən eyniadlı komandalar qazandılar. Çağırış Kuboku turnirində isə “Kidderminister“ rəqibləri üçün əlçatmaz oldu. 2-ci yeri “Nəriman Vəliyevin komandası“, 3-cü yeri isə “Veni Vidi Vicious“ tutdu.

 

Çağırış Kubokunun yekunlarına görə 8 komanda Xəmsə Milli İntellektual Oyunu üzrə yarışa vəsiqə qazandılar. Bu turnirdə isə “Maqnat“ komandası qalib adını qazandı. 2-ci və 3-cü yerin sahibi isə “Veni Vidi Vicious“ və “Gəncə“ komandaları oldu.

 

Qaliblər kubok, medal və diplomlarla mükafatlandırıldılar.

 

İnformasiya dəstəyi - Trend.az

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür