Güclü küləyin sağlamlığa mənfi təsirləri

07:52 03-12-2019 | icon 381 | Sağlamlıq
Güclü küləyin sağlamlığa mənfi təsirləri

Soyuq havanın, o cümlədən küləyin ürək sağlamlığımız üçün kifayət qədər mənfi təsirləri mövcuddur.

 
 
Versus.Az xəbər verir ki, soyuq hava ürək infarktı və insult (beyin infarktı) riskini artırır. Qış mövsümündə bu hallarla daha çox qarşılaşırıq. Bu aylarında keçirilən infarktlar daha ağır olur, ölüm və fəsadlaşma ehtimalları daha yüksəkdir.
 
 
Qış aylarında infarkt riskinin yüksək olmasının səbəbləri müxtəlifdir. Hər şeydən əvvəl soyuğun təsiri ilə ürək döyüntülərimizin sayı və qan təzyiqimiz yüksəlir. Dərimizdən başlayaraq bütün bədənimizdəki damarlar spazma (büzülməyə) məruz qalır. Eyni zamanda soyuğun provokasiya etdiyi mexanizmlərlə qanda laxtalanmaya meyllilik artır. Bütün bunların nəticəsində, xüsusilə daha əvvəldən risk faktorları (piylənmə, şəkərli diabet, siqaretdən istifadə, qan təzyiqinin yüksək olması, passiv həyat tərzi) olan insanların qış aylarında infarkt olma ehtimalı ciddi şəkildə artır.
 
 
Müasir elmi araşdırmalar güclü küləyin sağlamlığımıza olan mənfi təsirini sübut edir.
Həmin təsirlər bunlardır:
 
 
- Alimlərin fikrinə görə, güclü külək insanın sinir sisteminə və psixikasına olduqca ciddi təsir edir, müxtəlif pozulmaların və xəstəliklərin kəskinləşməsinə səbəb olur. Belə ki, güclü külək baş ağrılarına, başgicəllənməsinə, miqrenə, depressiyanın kəskinləşməsinə səbəb ola bilər. Küləkli hava ruhi xəstələrin vəziyyətini ağırlaşdırır, belə havada intiharların sayı artır.
 
-Küləkli hava insanın yuxusuna da təsir edir. Belə ki, gecə vaxtı insan yuxusuzluqdan əziyyət çəkir, günorta yuxulu, süst olur.
 
-Güclü külək ürək-damar sisteminin normal fəaliyyətini də pozur. Nəticədə ciddi ürək-damar sistemi xəstəlikləri olan insanlarda ürək tutmalarının və infarktın riski artır.

Hətta sağlam insanlar küləkli havada ürək nahiyəsində narahatçılıq, nəbzin artması kimi simptomlları qeyd edirlər.
 
-Külək həmçinin mədə-bağırsaq sisteminə də təsir edir. Köp, qarın ağrısı kimi simptomlar əmələ gələ bilər.
 
-Tənəffüs sitemi xəstəliklərindən əziyyət çəkən insanlarda xəstəliyin kəskinləşməsi mümkündür. Yaponiya alimləri araşdırmalar nəticəsində aşkar ediblər ki, güclü külək astma tutmalarının riskini artırır.
 
-Oynaqlar da küləyə reaksiya verir , ağrılar əmələ gələ bilər.
 
-Güclü külək insanın əhvalına da mənfi təsir edir. İnsan daha əsəbi və səbirsiz olur, əhvalı tez-tez dəyişir.
 
 
Soyuğun mənfi təsirindən qorunmaq üçün nə etməliyik?
 
Hər şeydən əvvəl, bədən temperaturumuzu sabit saxlamaq üçün geyimimizə diqqət etməliyik. Qalın corablar, əlcəklər və papaqlardan geniş şəkildə istifadə etməliyik. Yaşadığımız evin (otağın) temperaturu 22-23 C olmalıdır. Qışda yun, pambıq materiallarından hazırlanmış paltarlar seçilməlidir.
 
 
Qidalanmamızda yüksək kalorili qidalardan uzaq durmalıyıq. Qış mövsümündə də sağlıqlı qidalanmaya (karbohidrat, yağ və protein balanslı) davam etməliyik. İsti qidalardan və içkilərdən daha çox istifadə etməyimiz məsləhətdir. Qış meyvələrinin istifadəsinə üstünlük verilməlidir. Əlavə olaraq vitamin preparatları, xüsusilə C və D vitamini qəbul edilə bilər. Spirtli içkilərin istifadəsi də azaldılmalıdır.
 
 
Soyuq havada idmanla məşğul olarkən diqqətli olmalıyıq. Çünki əvvəl hiss etmədiyimiz şikayətlərimiz belə havalarda ortaya çıxa bilər.
 
 
Hər hansı şikayət və ya narahatçılıq yaranarsa mütləq həkimə müraciət edin. Hava çox soyuq olanda, idman zallarında məşğul olmaq məsləhətdir. Əgər əvvəlcədən bilinən ürək xəstəliyiniz (keçirilmiş stentləmə, ürək əməliyyatları və s.) varsa, ümumiyyətlə qış mövsümündə açıq havada deyil, qapalı zallarda idmanla məşğul olmağınızı məsləhət görürəm.
 
 
Yaşlı insanların bu mövsümdə qrip əleyhinə peyvənd olunmasının ürək sağlamlığının qorunmasına müsbət təsiri var. /medicina.az/
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin