Conni Deppin qaynatası onu ölümlə hədələdi – FOTO

08:14 03-12-2019 | icon 573 | Şou-biznes
Conni Deppin qaynatası onu ölümlə hədələdi – FOTO

Amerikalı aktrisa Ember Xerdin atası onun keçmiş həyat yoldaşı Conn Deppi ölümlə hədələyib.

 

Versus.Az xəbər verir ki, 56 yaşlı Conni Deppin və 33 yaşlı Ember Xerdin boşanma proseduru yeni faktları üzə çıxarıb.  

 

Qızın atası Devid Xerdin hədə-qorxuları haqda məlumatı Conni və Emberin maşınlarını təmir edən şirkətin sahibi Devid Killaki yayıb.

 

Onun sözlərinə görə, cütlük ayrılandan sonra Xerd onunla hörmətsiz davranıb, atası isə Deppi öldürəcəyini bildirib.

 

“Mən onun atasından çoxlu mesaj almışam. O Texasdan olduğunu və hər bir texaslının 45-ci kalibrli silaha malik olduğunu bildirib, bu silahın nə vaxtsa Depplə görüşəcəyini açıqlayıb”, - deyə Killaki qeyd edib.

 

Xerdin vəkilləri məsələyə münasibət bildirməsə də Deppin vəkilləri yeni məlumatları məhkəmədə istifadə edəcəklərini dilə gətiriblər.

 

Xatırladaq ki, Ember Xerd Conni Deppi məişət zorakılığında ittiham edib. Bu günlərdə məhkəmə iclasının 6 ay təxirə salındığı xəbəri yayılıb. /Oxu.az/

 

Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı