Azərbaycanda ilk dəfə!

17:44 04-12-2019 | icon 558 | Gündəm
Azərbaycanda ilk dəfə!

İki dövlətin nazirlikləri arasında memorandum elektron imza ilə imzalanıb

 

“Bakutel-2019” sərgisi çərçivəsində bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Belarus Respublikasının Rabitə və İnformasiya Nazirliyi arasında dövlətlərarası memorandum elektron imza ilə imzalandı.

 

Nazirlikdən Versus.Az-a verilən məlumata görə, Memorandumda biznes subyektləri arasında elektron imzaların qarşılıqlı tanınması əks olunub. Sənədi Azərbaycan tərəfdən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə və Belarus Respublikası tərəfindən isə Rabitə və İnformasiya naziri Konstantin Şulqan imzalayıb.

 

Qeyd edək ki, elektron imza ilə imzalanan bu e-memorandum nəinki Azərbaycan və Belarus, eləcə də MDB ölkələri arasında ilkdir.

 

Sənədlərin elektron imzalanması Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyində çalışan yerli mütəxəssislər tərəfindən hazırlanan AzDoc sənəd dövriyəsi sistemi üzərindən həyata keçirilib.

 

Ölkələrarası elektron imzaların qarşılıqlı tanınması vətəndaş, biznes subyektləri, dövlət qurumları arasında münasibətlərin yeni müstəvidə inkişafına şərait yaradacaq. Həmçinin ölkəmizin beynəlxalq hesabatlarda daha da yüksəlməsinə gətirib çıxaracaq.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...