Dünyanın ilk uçan maşını satışda - VİDEO

08:21 05-12-2019 | icon 478 | Maraqlı
Dünyanın ilk uçan maşını satışda - VİDEO

Vaxtilə fantastik görünən bir çox layihələr tədricən həyata keçir. İnsanın əsas arzularından biri  olan uçan maşın artıq reallığa çevrilib: Artıq quruda və göydə məsafələr qət edən avtomobil satışa çıxır. 

 

Bu barədə “Daily Mail” xəbər yayıb.

Dünyanın ilk uçan və idarə olunan avtomobili ABŞ-ın Florida ştatında Mayami şəhərində debüt edəcək. Bu uçan aparat “Pioneer Personal Air Landing Vehicle”  və ya “PAL-V” adını alıb. O, geri çəkilə bilən üst və arxa pərvanələrlə təchiz olunub və 12.500 fut (3.81 kilometr) hündürlükdə uça bilər.

 

Yanacaq kimi avtomobil benzinindən istifadə olunur. Bu texnologiya möcüzəsi havada saatda 321 km, yerdə isə 160 km sürət yığa bilir.

 

Hollandiya istehsalı maşın artıq istehsaldadır və 599 min ABŞ dollarına satılır. Şirkət artıq əvvəlcədən 70 sifariş aldığını bildirib. Avtomobilin ilk tədarükü 2021-ci il üçün gözlənilir.

İki nəfər üçün uçan avtomobil dörd silindrli mühərriklə təchiz edilib. İki nəfərlik nəqliyyat vasitəsi 10 dəqiqə ərzində üçtəkərli avtomobildən “gyrocopter”ə çevrilir və səkkiz saniyədən az bir müddətdə 0-96 km sürət yığa bilir.

 

Maşın karbon lifindən, titandan və alüminiumdan hazırlanıb. 680 kq çəkidə olan avtomobilin uçması üçün 165 metr, enməsi üçün isə cəmi 30 metr məsafə lazımdır. /Oxu.az/

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI