Azyaşlıya qarşı soyğunçuluq edən şəxslər saxlanıldı

15:22 05-12-2019 | icon 343 | Hadisə
Azyaşlıya qarşı soyğunçuluq edən şəxslər saxlanıldı

Mingəçevir Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edən şəhər sakini azyaşlı oğluna qarşı 2 nəfər naməlum şəxs tərəfindən bıçaqla zor tətbiq edilməklə onun mobil telefonunu alıb soyğunçuluq edildiyini bildirib.

 

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan Versus.Az-a verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən həmin hadisəni törədən şəxslərin müəyyən olunması məqsədilə dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Keçirilmiş əməliyyat tədbirləri ilə azyaşlıya qarşı soyğunçuluq edən şəxslərin Mingəçevir şəhər sakini 20 yaşlı Azər Salahov və Gəncə şəhər sakini 21 yaşlı Samir İsgəndərov olduqları müəyyən olunub. Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

 

Dindirilmə zamanı məlum olub ki, S.İsgəndərov “Instagram” sosial şəbəkəsində tanış olduğu dostu A.Salahovun Mingəçevir şəhərində yaşadığı evə qonaq gəlib. Daha sonra Gəncəyə qayıtmaq üçün yol pulu tapmayan dostlar çirkin əmələ əl atıblar. Zəng eləmək üçün azyaşlıdan mobil telefon istəyən həmin şəxslər daha sonra bıçaqla ona hədə-qorxu gələrək telefonu qaytarmayacaqlarını bildirib, qaçaraq hadisə yerindən uzaqlaşıblar.

 

Saxlanılan şəxslərdən hadisə zamanı istifadə etdikləri bıçaq və mobil telefon satdıqları yerdən polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

 

Faktla bağlı Mingəçevir ŞPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür