"Parlament seçkilərinin keçirilməsi ölkədə aparılan uğurlu siyasətə xalq dəstəyinin bariz nümunəsi olacaq"

12:00 06-12-2019 | icon 408 | Siyasət
"Parlament seçkilərinin keçirilməsi ölkədə aparılan uğurlu siyasətə xalq dəstəyinin bariz nümunəsi olacaq"

Azərbaycanda növbədənkənar parlament seçkiləri ölkədə aparılan islahatlara dəstək məqsədilə həyata keçirilir.

 

Versus.Az xəbər verir ki, Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.

 

B.Əliyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin heç bir alternativi yoxdur:

“Azərbaycan xalqının xöşbəxtliyi, firavan gələcəyi, torpaqlarımızın düşmənlərdən azad edilməsi, ərazi bütövlüyü və suverenliyimizin təmin edilməsi yalnız və yalnız Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi siyasətin və bu islahatların nəticəsində mümkündür. Ona görə yeniləşən və uğurla inkişaf edən Azərbaycanda parlament seçkilərinin keçirilməsi ölkədə aparılan uğurlu siyasətə xalq dəstəyinin bariz nümunəsi olacaq.

Ötən il cənab Prezident özü növbədənkənar seçkilərə gedərək həyata keçirilən islahatlara bir daha xalqın münasibətini bilmək istədi. Xalq yekdilliklə Prezident İlham Əliyevə səs verdi və bu siyasəti dəstəklədiyini bir daha bəyan etdi. Mən tam əminəm ki, Azərbaycan xalqı yenə də bu uğurlu siyasətə səs verəcək”.

 

Müxalifətin növbədənkənar seçkilərlə bağlı səsləndirdiyi fikirlərlə bağlı deputat qeyd edib ki, radikal müxalifətin hər hansı uydurma fikirləri xalqın iradəsini qətiyyən ifadə etmir:

“Müxalifətin bu qolunun bacarıqsızlığını, səriştəsizliyini və Azərbaycan dövlətçiliyinə, milli maraqlarına qarşı həyata keçirdiyi hərəkətləri xalq qətiyyətlə pisləyir. Mən tövsiyə edərdim ki, özlərini müxalifət lideri adlandranlar heç olmasa bir dəfə də olsa milləti, dövlətçiliyi və milli maraqları düşünsünlər və bu gün müharibə vəziyyətində olan Azərbaycan üçün, dövlətçiliyin möhkəmləndirilməsi üçün heç olmasa konstruktiv bir addım atsınlar.

Onların parlament seçkiləri haqqında səsləndirdikləri hər hansı bir bəyanatın heç bir hüquqi əsası yoxdur və ola da bilməz. Çünki Azərbaycan demokratik, hüquqi bir dövlətdir. Sadəcə olaraq heç bir sosial dayağı olmayan və xalqın dəstəyini ala bilməyən radikal müxalifət seçkilərdəki uğursuzluğunu əvvəlcədən bilərək bu cür sərsəm bəyanatlar səsləndirməklə öz bacarıqsızlıqlarını ört-basdır etməyə çalışırlar”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu