“Azadlıq fədaisi” mükafatı qaliblərə təqdim olundu

21:19 10-12-2019 | icon 565 | Siyasət
“Azadlıq fədaisi” mükafatı qaliblərə təqdim olundu

Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) tərəfindən təsis olunan “Azadlıq fədaisi” mükafatı qaliblərə təqdim olundu.

 

Versus.Az xəbər verir ki, bu barədə ALDP-nin Mətbuat Xidmətinin məlumatında bildirilir.

 

“Azadlıq fədaisi” mükafatının partiya tərəfindən 2016-cı ildə təsis edildiyini qeyd edən ALDP sədri bildirib ki, dördüncü dəfə qalibi müəyyən etmək üçün partiyanın üzvləri arasında sorğu keçirilib. Partiya bir ay ərzində keçirilən sorğunun qalibini məhz Beynəlxalq İnsan Hüquqları günündə elan edib.

Bu il iki qalib müəyyən edilib. Hüquq müdafiəçisi Oktay Gülalıyev və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu.

ALDP sədri Fuad Əliyev tədbirdə iştirak edən Repressiya və İşgəncələr Əleyhinə Komitənin üzvü Əlövsət Sadıqlıya Oktay Gülalıyevin mükafatını təqdim etdi. “Çox təəssüf ki, bunu şəxsən onun özünə təqdim edə bilmədik. Allah şəfasını versin. İnanmaq istəyirəm ki, Oktay bəy koma vəziyyətindən çıxacaq və qısa bir zamanda səhhəti normallaşacaq”- deyə, F.Əliyev bildirdi.

 

Repressiya və İşgəncələr Əleyhinə Komitənin üzvləri Əlövsət Sadıqlı, Namizəd Səfərov və digərləri Fuad Əliyevə Oktay Gülalıyevə verdiyi qiymətə görə minnətdarlığını bildiriblər.

 

Sonra ALDP sədri “Azadlıq fədaisi” mükafatının ikinci sahibi Tofiq Yaqublunu evində ziyarət edib. F.Əliyev Tofiq Yaqubluya mükafat haqqında qısa məlumat verib və “Azadlıq fədaisi” mükafatını ona təqdim edib.

Tofiq Yaqublu öz növbəsində bu mükafata görə ALDP-çilərə minnətdarlığını bildirib.

 

Xatırladaq ki, insan hüquq və azadlıqlarının qorunması sahəsində, Azərbaycanda azad və ədalətli cəmiyyətin qurulması uğrunda göstərdiyi fədakarlığına görə ictimai-siyasi xadimlərə hüquq müdafiəçiləri üçün nəzərdə tutulan “Azadlıq fədaisi” mükafatı 06 dekabr 2016-cı ildə təsis edilib.

 

Qeyd edək ki, 2016-cı ildə REAL sədri İlqar Məmmədov, 2017-ci ildə eks-spiker Rəsul Quliyev, 2018-ci ildə isə AXCP sədrinin müavini Gözəl Bayramlı “Azadlıq fədaisi” mükafatına layiq görülüblər.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Hansı QADAĞALAR olacaq?

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı