Qocalmanın qarşısını alan - püstənin FAYDALARI

10:07 11-12-2019 | icon 470 | Sağlamlıq
Qocalmanın qarşısını alan - püstənin FAYDALARI

Püstə çox faydalı və müalicəvi məhsuldur. Onun tərkibində bir çox faydalı maddələr var - vitaminlər (B qrupu, E, C,PP, A), minerallar (mis, marqans, fosfor, selen, sink, kalium, maqnezium), əvəzolunmaz aminturşuları, polidoymamış yağ turşuları və s.

 
 
Versus.Az Medicina.az-a istinadən sizə püstənin faydalarını təqdim edir:
 
 
- Püstə sinir sistemi üçün çox faydalıdır. Əqli fəaliyyəti və əhval-ruhiyyəni yaxşılaşdırır, streslə mübarizə etməyə kömək edir. Əqli fəaliyyəti ilə məşğul olan insanlar mütləq püstəni öz rasionuna daxil etməlidir. Çinlilər püstəni "xoşbəxt qoz" adlandırırlar. Püstə həqiqətən əhval-ruhiyyəni yaxşılaşdırmaq qabiliyyətinə malikdir.
 
- Antioksidantlarla zəngin olan püstə orqanizmdə gedən dağılma və qocalma prosesləri ləngidir, hüceyrələrin cavanlığını qoruyur. Bu səbəbdən cavan və gümrah qalmaq istəyənlər mütləq püstə yeməlidir.
 
- Püstə nəfəs yollarına müsbət təsir edir.
 
- Püstənin tərkibində olan bəzi nadir maddələr gözlərin sağlamlığını qoruyur.
 
- Püstə ürəyin və damarların sağlamlığını qoruyur, qanda xolesterinin səviyyəsini aşağı salır.
 
- E vitamini ilə zəngin olan püstə dərinin cavanlığı və sağlamlığı üçün çox faydalıdır.
 
 
- Qara ciyərin sağlamlığını qoruyub saxlamaq istəyirsinizsə, mütləq püstə yeyin.
 
- Püstə tanınmış afrodiziakdır. Kişilərdə potensiyanı yaxşılaşdırır, spermanın tərkibinə müsbət təsir edir.
 
 
Nəzərə almaq lazımdır ki, püstəni çox yemək olmaz. Gün ərzində 1 ovuc püstə orqanizmi bir çox faydalı maddələrlə təmin edəcək. Püstə allergiyaya səbəb ola bilər. Uşaqlarda püstə hətta çox ağır allergik reaksiyaların, hətta anafilaktik şokun inkşafına səbəb ola bilər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI