Filarmoniyada anım gecəsi təşkil olunub

12:29 11-12-2019 | icon 370 | Mədəniyyət
Filarmoniyada anım gecəsi təşkil olunub

Dekabrın 10-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım gecəsi təşkil olunub.

 

Tədbirdə Xalq artisti Fəxrəddin Kərimovun bədii rəhbəri və baş dirijoru olduğu Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.

 

Tədbirdə qeyd olunmuşdur ki, ümummilli lider Heydər Əliyev xalqımızın yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyətdir. Çox illər keçəcək, lakin azərbaycanlılar müdrikliyi və sarsılmaz mətinliyi sayəsində ölkəmizin gələcəyini təmin etmiş bu dahi insanı unutmayacaqlar. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan ağır sınaqlardan çıxaraq inkişaf yoluna qədəm qoyub.

 

Sonra İohan Sebastyan Baxın “Ariya”, Tomazo Albinoninin “Adagio”, Eduard Napravnikin “Melanxoliya”, İrji Bendanın “Grave”, Fikrət Əmirovun “Andante sostenuto”, Con Villiyamsın “Şindlerin siyahısı”, Qabriel Farenin “Pavana”, Jül Massnenin “Meditation”, Volfqanq Amadey Motsartın “Andante” və “Fuqa” əsərləri səsləndirilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol