"Hər yeni doğulan 4000 uşaqdan birində böyümə hormonu problemi yaşanır"

17:13 12-12-2019 | icon 390 | Sağlamlıq
"Hər yeni doğulan 4000 uşaqdan birində böyümə hormonu problemi yaşanır"

Dekabrın 12-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən "Uşaqlarda boy problemləri" mövzusuna həsr olunan konfrans keçirilib.

 

Versus.Az xəbər verir ki, konfransda İSİM-in Tibbi keyfiyyət standartları şöbəsinin müdiri Şəhla İsmayılova, Tibb Universitetinin, Endrokrinoloji Mərkəzin və özəl klinikaların həkimləri iştirak ediblər.

 

Qonaqları salamlayan Şəhla İsmayılova mövzunun əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, uşaqlarda boy problemi ilə İSİM tərəfindən müxtəlif tədbirlər həyata keçirilir.

 

Daha sonra çıxış edən Novo Nordisk RİO A/S şirkətinin Azərbaycan Nümayəndəliyinin ölkə üzrə rəhbəri Arash Nosrati Heravi bildirib ki, boy probleminin müxtəlif səbəbləri olur. O qeyd edib ki, hər yeni doğulan 4000 uşaqdan birində böyümə hormonu problemi yaşanır:

"İSİM bununla Azərbaycanda bu problemdən neçə nəfərin əziyyət çəkdiyini deyə bilər. Qısaboyluluq böyümə hormonu pozulmasının tək indikasiyası deyil. Digər səbəblər də var".

 

Onun sözlərinə görə, İran və Türkiyədə 80 milyon insan yaşayır və orada boy hormonunun illik istifadə miqdarı təqribən 7 milyon mq-dır:

"Azərbaycanda isə 10 milyon insan yaşayır və boy hormonundan 875 min mq istifadə edilməli olduğu halda 24 min mq istifadə olunur. Azərbaycanda böyümə hormonu çatışmazlığı müalicəsinin təkmilləşdirilməsinə ehtiyac var".

 

Respublika Endokrinoloji Mərkəzin həkimi Səriyyə Ağayeva yaşa görə böyümə sürətindən danışıb:

"Böyümə sürəti 0-6 ay arası 15-16 sm, 6-12 ayda 7-8 sm, 1-2 yaşda 10-12 sm, 2-3 yaşda 7-8 sm,  3-4 yaşda 6-7 sm, 4 yaş-yetkinlik dövrünə qədər 5.5-7 sm, yetkinlik dövründə qızlarda 15-25 sm, oğlanlarda 20-30 sm-dir".

Tədbir mühazirlərlə davam etdirilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin