Zavodları bağlamaq kifayətdir ki, astma, bronxit xəstəlikləri azalsın

07:29 13-12-2019 | icon 120 | Sağlamlıq
Zavodları bağlamaq kifayətdir ki, astma, bronxit xəstəlikləri azalsın

Təmiz hava sağlamlığı cəmi 7 həftəyə bərpa edə bilər.

 

 
Şəhər içində və ətrafındakı zavodları bağlamaq kifayətdir ki, astma bronxit xəstəliklərinin səviyyəsi kəskin ensin.
 
 
Versus.Az Medicina.az-a istinadən xəbər verir ki, bu fikri alimlər bildirir. Amerikanın Annals of Amerikan Society dərgisində respirator xəstəliklərin yayılmasında atmosferin kirlənməsinin təsirini araşdıran beynəlxalq qrupun nəticələri dərc edilib.
 
Onlar müxtəlif ölkələrdə apardıqları araşdırma nəticəsində görüblər ki, bir neçə zavodun bağlanması ilə atmosferin təmizlənməsi və havanın daha sağlam olması üçün elə də çox zaman lazım deyil.
 
 
Həmin ərazidə yaşayan insanların da səhhətində ciddi müsbət dəyişikliklər baş verir.
 
 
Məsələn Yuta ştatında zavodun bağlanmasından 12 ay sonra pnevmoniya, astma, bronxit səbəbindən təcili xəstəxanaya çatdırılanların sayında və məktəblilərin bu xəstəliklər səbəbindən dərsə getməməsi 40% dəfə azalmışdı.
 
Eləcə də zavodun işləmədi dövrdə ştatda sutkalıq ölüm və vaxtından əvvəl doğuş və düşük statistikası da xeyli azalmışdı.
 
 
Eləcə də Atlanta küçəsində iri magistral yolda hərəkətin Olimpiya oyunları səbəbindən cəmi 18 gün bağlanması ilə həmin ərazidə atmosfer göstəriciləri qəfil yaxşılaşmışdı.
 
 
Astmalı uşaqlarda tutma sayı 40% enmişdi.
 
Həmçinin analoji olaraq Pekin olimpiadası zamanı bəzi yolların bağlanması ilə yerli əhalinin ağciyər funksiyaları 2 ay ərzində xeyli yaxşılaşmışdı.
 
 
“Təmiz havada 2-6 ay olmaq kifayətdir ki, insanın səhhətində yaxşılaşma olsun. Biz bilirdik ki, havanın çirklənməsinə nəzarət insanların sağlamlığına fayda verəcək, lakin biz bu nəticələri görəndə təəccübləndik. Pozitiv dəyişikliklər qısa müddətdə baş verə bilər, atmosferin təmizlənməsi cəmi bir neçə aya baş verir və artıq insanların səhhətində bu öz təsirini göstərir” – deyə alimlər qrupu yazır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“20 sotadək pay torpağı olanlar məşğul hesab olunmasınlar”

96 yaşında universiteti bitirdi - VİDEO

“Koronavirusa qarşı mübarizədə müsbət dinamika bizi çox sevindirir”

Andiçmə mərasimlərində valideynlərin iştirakı qadağandır

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 35 dəfə pozub

Rövnəqi, Cahangiri, Əhmədi müzakirə edib qurtarmamış...

Atəşkəs rejimi 34 dəfə pozulub

Rayonlara gediş-gəlişin bərpa oluna biləcəyi TARİX

MÜSTƏQİL DÖVLƏTİN MÜSTƏQİL LİDERİ

Məktəblərin açılması ilə bağlı VACİB AÇIQLAMA

Fırıldaqçıların ən sevdiyi şifrələr

Koronavirusla bağlı SON STATİSTİKA

D vitamini əskikliyindən yaranan 8 xəstəlik

Milli Şuraya Okeanın o tayından da irad bildirildi

Zidan “Real”ı tərk edir?