Xərçəng, diabet, demensiyanın səbəbkarı bu bakteriya imiş – Ağızdan bədənə keçir

07:33 13-12-2019 | icon 62 | Sağlamlıq
Xərçəng, diabet, demensiyanın səbəbkarı bu bakteriya imiş – Ağızdan bədənə keçir

Hazırda dünyada geniş yayılmış diabet, xərçəng və demensiyanın bir ümumi səbəbi aşkarlanıb. Bu gözlənilməz kəşfi amerikalı alimlər qrupu tapıb.

 
 
 
Versus.Az Medicina.az-a istinadən xəbər verir ki, bu xəstəliklərin kökündə Porphyromonas gingivalis adlı bakteriya dayana bilər. Bu bakteriya ağız boşluğunda yaşayır, damaq, diş əti və diş dibi xəstəliklər yaradır, daha sonra orqanizmə keçərək, müxtəlif orqanlarda destruktiv iltihabi proseslərə səbəb olur.
 
 
Belə ki, bu bakteriya Alsgeymer xəstələrinin beyin toxumasında aşkarlanıb.
 
 
Daha çox diş ətində Gingivit adlanan xəstəliyi törədən və insanların çoxunun ciddi qəbul etmədiyi bu bakteriya oynaqlarda artrit yaradır, damarlarda ateroskleroza səbəb olur, eləcə də diabet xəstələrinin mədəaltı vəzisində özünə yer edir, müxtəlif şişlərin daxilində aşkarlanır, qaraciyəri də zədələyir.
 
 
Porphyromonas gingivalis Bakteriyasının müxtəlif xəstəliklər yarada bilməsi siçanlar üzərində təcrübədə sübut olunub.
 
Normada siçanlar bu bakteriyaya yoluxmur və daşıyıcısı deyil. Amma laboratoriya siçanlarına süni yolla bu bakteriyalar köçürüldükdən sonra, onlarda diş damaq iltihabı, daha sonra revmatizm, artrit, diabet, piylənmə, qaraciyər xəstəlikləri və Alsgeymer yarandı.
 
 
Porphyromonas gingivalisqanın hüceyrələrinə keçərək, qan dövranı ilə orqanizm daxilində bir yerdən digərinə keçir. Bu bakteriyanı antibiotiklərlə məhv etmək mümkün deyil. Amma məlumdur ki, yeni doğulmuşlarda bu bakteriya olmur, təqribən 8 yaşından sonra ağız boşluğunda yaranır. Ona görə, bu bakteriyaya qarşı peyvənd olması insanları qoruya bilər.
 
 
Hazırda belə bir peyvəndin insanlar üzərində kliniki sınaqlarına hazırlaşırlar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

O, yalnız seçkidən seçkiyə deyil, hər zaman seçicilərinin yanında oldu

Mehriban Sadıqovanın namizədliyi təsdiqləndi

Məcburi köçkün məktəbinin olimpiada qalibi olan şagirdi

101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən namizəd - HAFİZ HACIYEV

Rauf Arifoğlunun kötükdən büt yapanları

52 saylı Quba seçki dairəsindən namizəd - ƏLABBAS MƏHƏRRƏMOV

Doktorantura, sınaq, buraxılış və magistraturaya qəbul imtahanlarının vaxtı açıqlanıb

Eksternat imtahan keçiriləcək

Məktəblər üçün qış tətilinin vaxtı müəyyən edilib

Doktoranturaya qəbul qaydaları dəyişib

Sizi İqbal Ağazadənin seçki qərargahından salamlayıram

35 saylı Xətai Üçüncü Seçki Dairəsindən namizəd - İQBAL AĞAZADƏ

79 saylı İmişli seçki dairəsindən namizəd - RAZİ NURULLAYEV

105 saylı Tovuz seçki dairəsindən namizəd - QƏNİRƏ PAŞAYEVA

125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən namizəd - ƏLİSAHB HÜSEYNOV