Muzeydə “Nəsimi-650 uşaqların dili ilə”

21:44 14-12-2019 | icon 394 | Mədəniyyət
Muzeydə “Nəsimi-650 uşaqların dili ilə”

AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Nəsimi-650 uşaqların dili ilə” adlı tədbir keçirilib.

 

Versus.Az-ın məlumatına görə, tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsi haqqında 15 noyabr 2018-ci il tarixli sərəncamına əsasən təşkil olunub.

 

Muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsi tərəfindən keçirilən tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı, Azərbaycan Yazıçılar Birliyi Güney Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz, Azərbaycan Respublikası Təhsil İnistitutunun “Psixologiya və yaş fiziologiyası” şöbəsinin müdiri, psixologiya elmləri doktoru Elxan Bəylərov, həmin şöbənin böyük elmi işçisi, musiqişünas, musiqi terapevti Bahar Bəylərova - Ələkbərova iştirak ediblər.

 

Şair Sayman Aruz “Nəsimi”; Psixoloq Elxan Bəylərov “Azad ruhun psixologiyası”; musiqişünas Bahar Bəylərova-Ələkbərova “....MƏN....” adlı məruzələrlə çıxış ediblər.

 

Tədbirdə Nəsimi rayonu general-leytenant K.A.Kərimov adına 8 saylı tam orta məktəbin şagirdləri “Dinin dirəyi Şeyx Nəsiminin simasında elmimizi qoruyaq!” adlı ədəbi-bədii kompozisiya və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən Qədim Musiqi Alətləri Ansamblı Azərbaycan Respublikasının xalq artisti Munis Şərifovun rəhbərliyi ilə bədii hissə təqdim ediblər.

 

Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin milli-mənəvi irsinə dair eksponatlardan ibarət kiçik guşə və Azərbaycan Milli Kitabxanasının Nəsimi irsini əks etdirən kitablarından ibarət sərgi təşkil olunmuşdur. Sayman Aruz yeni çıxmış “Nəsimi” kitabını (Bakı, 2019) muzeyə hədiyyə edib. Tədbir boyu Nəsimi yaradacılığı ilə bağlı foto-slaydlar nümayiş edilib.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI