Ulduz şokolad fabriki “Soyuq əllər, isti ürək” yarmarkasında iştirak edir

14:03 16-12-2019 | icon 1069 | Cəmiyyət
Ulduz şokolad fabriki “Soyuq əllər, isti ürək” yarmarkasında iştirak edir

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan Ulduz şokolad fabriki Fəvvarələr meydanında artıq yeni il ənənəsi halına gələn “Soyuq əllər, isti ürək” yarmarkasında iştirak edir.

 

Versus.Az xəbər verir, Yeni il abu-havalı, ölkənin ən tanınmış qış yarmarkası olan “Soyuq əllər, isti ürək” 1 dekabr 2019-cu il tarixindən, 13 yanvar 2020-ci il tarixinə qədər davam edəcəkdir.

 

Yarmarkada Ulduz Şokolad fabriki bol südlü xalis şokoladlı “Tango”, “Xonça”, “Coco Ulduz”, “Sweet” şokolad konfetləri, yeni karamel çeşidləri olan “Zima Xoloda”, “Centro”, “Coffone” qat-qat karamelləri, “Favo” müsli batonları, xüsusilə turistlərin diqqətini çəkən “Azerbaijan Chocolate” və “I Love Azerbaijan Chocolate” kimi premium hədiyyəlik qutuları, içərisi surprizlərlə bol olan yeni il hədiyyəlik qutuları ilə fabrik satış qiymətinə şəhərimizin sakinlərinin və qonaqlarının ixtiyarında olacaqdır.

 

Hər birinizi hər gün saat 11:00-dan axşam 23:00-a qədər davam edən yarmarkada yerləşən Ulduzun şirin evciyinə dəvət edirik.

 

Qeyd edək ki, Ulduz Şokolad Fabriki Belçikanın məşhur şokolad firması olan “Barry Callebaut” ilə əməkdaşlıq edir.

 

Fabrik İngilis Pərakəndəçilər Birliyi və Beynəlxalq Qida Standartlarını alan ilk yerli qida müəssisəsi olmaqla yanaşı, həm də “Halal qida”, “Kocher” kimi sertifikatlar əsasında fəaliyyət göstərir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin