Şairə Gilə Əliqızının "Dünyada əmanətəm"i təqdim olundu - FOTO

15:53 16-12-2019 | icon 1700 | Ədəbiyyat
Şairə Gilə Əliqızının "Dünyada əmanətəm"i təqdim olundu - FOTO

Dekabrın 14 də “Akademiya kitab mərkəzi”ndə şairə Gilə Əliqızının “Dünyada əmanətəm” adlı yenu şeirlər kitabı ilə oxucuların görüşü oldu.

Görüşü giriş sözü ilə sənətşünaslıq üzrə fəlsəfə doktoru tanınmış aktrisa Zülfiyyə Eldarqızı açaraq Gilə Əliqızının yeni kitabını iştirakçılara təqdim etdi və şairənin şeirlərindən bir neçəsini səsləndirdi.Zülfiyyə Eldarqızı qeyd etdi ki,Gilə Əliqızı “ Azərbaycan Respublikası Təhsil mərkəzi və “Şərqin səsi qəzetinin sorğu və müsabiqəsinin nəticəsi olaraq “Abdulla Şaiq” mükafatı və “Qızıl Qələm” Media mükafatı laureatı adına layiq görülüb və bu Gilə Əliqızının beşinci kitabıdır. Sonra kitabın redaktoru və ön sözün müəllifi şair Nazim Əhmədli Gilə Əliqızının yaradıcılığı və yeni kitabı barədə danışdı. O qeyd etdi ki, Gilə Əliqızı laçın rayonunda anadan olub.Erkən gənc yaşlarından Qarabağ münaqişəsinin ağrılarını yaşayıb, doğma kəndindən, rayonundan köçkün olub. Bütün bu hadisələr və şəxsi taleyinin acıları Gilənin şeir yaradıcılığına həsrət, ağrı notlarını gətirib.Gilənin şeirləri də bəşəriyyətin ən ağrılı dərdi olan müharibələrin törəməsi olan, ayrılıqlardan, ağrılardan və dərdlərdən qidalanır.

Azərbaycan Texniki Universitetinin tarix kafedrasının müdiri, tarix elmləri doktoru, professor Şikar Qasımov, “Laçın yurdu” jurnalının baş redaktoru, şair Arif Məmmədli, şairə Xuraman Camalqızı, şairə Leyla Vəkilqızı, “Günəşin nuru” poeziya antalogiyasının layihə rəhbəri, gənc şairə Esmira Günəş, şairə Şəhla Vahid, Elza Məmmədova, gənc şairlər Natiq Babayev , Səbahəddin Çingizoğlu və başqa iştirakçılar Gilə Əliqızının yaradıcıığı haqqında ürək sözlərini dedilər. Saz ifaçısı Elvin Laçınlı görüş iştirakçıları üçün saz havaları ifa etdi. Qiraət ustası Lamiyə Eminli Gilə Əliqızının şeirlərindən nümunələr səsləndirdi.

Sonda Gilə Əliqızı görüş iştirakçılarına öz şeirlərini oxudu.

Şairə Gilə Əliqızının "Dünyada əmanətəm"i təqdim olundu - FOTOLAR

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı