Qobustanda tikilən Sosial Adaptasiya Mərkəzi yaxın vaxtlarda istifadəyə veriləcək

14:20 17-12-2019 | icon 497 | Gündəm
Qobustanda tikilən Sosial Adaptasiya Mərkəzi yaxın vaxtlarda istifadəyə veriləcək

Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Qobustan rayonunda tikilən Sosial Adaptasiya Mərkəzi yaxın vaxtlarda istifadəyə veriləcək.

 

Versus.Az xəbər verir ki, bunu “Sosial xidmətlər sahəsində QHT-lərlə əməkdaşlıq: nailiyyətlər və perspektivlər” mövzusunda konfransda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

 

Onun sözlərinə görə, dövlət başçısının tapşırıqları əsasında son illərdə yeni istiqamətlər üzrə fəaliyyət göstərən bir sıra sosial xidmət müəssisələri, habelə Heydər Əliyev Fondunun sosial layihələrindən biri olaraq, dövlət uşaq müəssisələrinin məzunları üçün “Məzun evi” Sosial Müəssisəsi yaradılıb:

 

"Prezident İlham Əliyevin 1 iyun 2019-cu il tarixli Sərəncamı isə xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin istiqamətlərinin və əhatə dairəsinin dəfələrlə genişləndirilməsini təmin edib. Nazirliyin sosial sifarişləri əsasında uşaqlar və digər şəxslər üçün sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artıb".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...