F1 Azərbaycan Qran Prisi ilə bağlı keçirilən fotomüsabiqənin əhatə dairəsi genişləndirilir

14:41 17-12-2019 | icon 392 | Cəmiyyət
F1 Azərbaycan Qran Prisi ilə bağlı keçirilən fotomüsabiqənin əhatə dairəsi genişləndirilir

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) “Formula 1 Dünya Çempionatının 70 illiyi” və “Formula 1 Azərbaycan Qran Prisinin 5 illiyi” münasibətilə keçirdiyi fotomüsabiqədə artıq istənilən fotoqraf iştirak edə bilər.

 

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Versus.Az-a verilən məlumata görə, bu dəyişikliyə səbəb müsabiqəyə kütləvi informasiya vasitələrindən kənarda fəaliyyət göstərən fotoqraflardan əməliyyat şirkətinin ünvanına gələn çoxsaylı müraciətlər olub.

 

Həmçinin əməliyyat şirkəti artan rəqabəti nəzərə alaraq müsabiqənin daha səmərəli şəkildə baş tutması üçün əvvəl elan etdiyi qaydalara daha bir neçəsini əlavə edib.

 

Müsabiqənin müddəti 31 yanvar 2020-ci il tarixinədək uzadılıb. Müsabiqəyə qatılmaq istəyənlər hazırladığı fotoları elektron formada [email protected] email ünvanına “Multimedia müsabiqəsi” başlığı ilə göndərməlidirlər.

 

İştirakçılardan müsabiqəyə müraciət edərkən aşağıdakı qaydalara tam əməl etmələri xahiş olunur.

 

Müsabiqədə iştirak qaydaları:

 

✔ Müsabiqədə istənilən fotoqraf iştirak edə bilər.

✔ Fotolar Bakıda keçirilən Formula 1 yarışları zamanı çəkilməlidir və iki kateqoriya üzrə qəbul olunur: trek üzərində və trek ətrafında (axşam konsertlərindən çəkilən şəkillər qəbul olunmur).

✔ Hər bir fotoqraf müsabiqəyə iki kateqoriya üzrə birlikdə ən çox 4 ədəd foto təqdim edə bilər.

✔ Fotolar rəngli və ya ağ-qara şəklində rəqəmsal formatda təqdim edilməlidir.

✔ Fotolar jpg/jpeg formatında, 300 dpi, uzun tərəfi 3000 pikseldən aşağı və ölçüsü 3 mb-dan az olmamaq şərti ilə təqdim edilməlidir.

 

✔ Təqdim edilən fotolar müəllifə məxsus olmalıdır. Lazım gəldikdə fotonun orijinal nüsxəsininin təqdim edilməsi istənilə bilər. Başqa bir şəxsə aid olan və ya internetdən yüklənilən fotoların yollanılması qəti qadağandır.

✔ Fotonun üzərində heç bir ad, simvol, loqo və ya su nişanı olmamalıdır. Belə olduğu təqdirdə fotolar müsabiqəyə qəbul edilməyəcəkdir.

✔ Hər bir fotoya əlavə olaraq müəllif və fotonun adı, məkan, tarix və təqdim olunduğu müsabiqə kateqoriyası (trek üzərində və trek ətrafında) qeyd olunmaqla fotoya dair qısa yazılı təsvir verilməlidir.

✔İştirakçı müsabiqədə iştirak etməklə göndərdiyi fotoların əməliyyat şirkətinin əlaqədar tədbirlərində, rəsmi onlayn səhifələrində və çap resurslarında istifadəsinə etiraz etmədiyini təsdiqləyir. Müəllif hüquqlarının qorunacağına dair zəmanət verilir.

✔ Hər kateqoriya üzrə 1 qalib seçiləcək və hər iki kateqoriya üzrə ilk üçlükdə yer alan fotoların müəllifləri mükafatlandırılacaqlar.

✔ Müsabiqə təşkilatçılarının qaydalara uyğun davranmayan iştirakçıları müsabiqədən kənarlaşdırmaq hüququ vardır.

✔ Şəkillər münsiflər tərəfindən texniki və kreativ göstəricilərə görə qiymətləndiriləcək.

✔ Fotolar üzərində cüzi redaktə qəbul olunur, lakin fotomantaj və xüsusi filterdən istifadə qadağandır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı