Sağlam olduğunuzu göstərən 5 əlamət

00:54 18-12-2019 | icon 359 | Sağlamlıq
Sağlam olduğunuzu göstərən 5 əlamət

Elmi izaha görə, sağlam olmaq – tam fiziki, mənəvi, ruhi tarazlıq və sağlamlıqdır. Sağlam olmaq təkcə hər hansı ağır xəstəliyin olub-olmaması ilə ölçülmür.

 
 
Bir çox xəstəliklər var ki, gizli gedir, əlamət vermir, illərlə özünü göstərmir, amma insan özünü normal sağlam hesab edir.
 
 
Versus.Az Medicina.az-a istinadən bir insanın fiziki sağlam olduğunun əsas 5 əlamətini təqdim edir.
 
 
Əgər bunlardan 3-ü sizdə varsa, fiziki baxımdan ciddi probleminizin olmadığını bilmək olar:
 
 
1. Həzm sisteminiz saat kimi işləyir
 
Normal həzm odur ki, insan normal qidalanır, iştahı, dadbilməsi var, yediklərini həzm edir, tualetə normal gedir, nəcis norma həddindədir, qarnında qida qəbulundan sonra heç bir ağırlıq, köp olmur. İnsan yediyindən həzz alır və doyur.
 
 
2. Bədəninizdən pis və kəskin qoxu gəlmir
 
Hər bir insanın özünəməxsus qoxusu var. Amma kəskin, xoşagəlməz, kənardan hiss olunan qoxular orqanizmdə hormonal, maddələr mübadiləsi və mineral pozulmasına işarədir.
 
Ağızdan qoxu bakteriya, diş, damaq, mədə-bağırsaq problemini göstərir. Sağlam insanın qoxusu neytral olmalıdır.
 
 
3. Gün ərzində gümrahsız
 
Tez yorulmaq, bir iş görmədən halsızlıq, zəiflik, səbəbsiz usanmalar artıq həyəcan siqnalıdır. Sağlam adam işdən axşama yaxın yorulur, yuxuya normal, tədricən gedir, səhər isə gümrah oyanmalıdır.
 
Halsızlıq, tez yorulma ürək, hormonal problem, vitaminsizlik əlamətidir.
Yorğunluğu qida, yatmaq, istirahət azaltmırsa, deməli, problem dərindir.
 
 
4. Yuxunuz normaldır, tədricən yuxuya gedib, tədricən də ayılırsız
 
Alimlər bildirir ki, yastığa başını qoyan kimi yatmaq ciddi yorğunluq və halsızlığın əlamətləridir. Normal sağlam insan tədricən, 15 dəqiqə ərzində yuxuya getməlidir və eləcə də yuxudan qəfil oyanmamalıdır.
 
Yuxuda gecə yarı oyanmaq, öskürək, boğulma, xorultu – sağlam insanda olmamalıdır. Tez-tez sidiyə getmək də xəstəlik əlamətidir: qan dövranı pozğunluğu, ürək, böyrək və şəkər.
 
Əgər səhər saatın, zəngin səsinə reaksiya verib, dərhal oyanmırsızsa, elə yatmaq istəyirsizsə, siz tükənmiş insansınız.
Normal yuxu 7-8 saatdır.
 
 
5. Dəriniz təmiz, saç və dırnaqlarınız möhkəmdir
 
Qədimdə insanın xəstə olub olmamasını birinci dırnaqları, dişi və dərisinin vəziyyəti ilə təyin edirdilər.
Əgər dırnaqlar laylanıb qırılırsa, rəngi çəhrayı deyilsə, dəri quru, iltihablı, səpkilidirsə, bir neçə daxili probleminiz var.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol