Gülnarə Xəlilova “Avropa Nəşr Mətbuat Evi”nin qızıl medalı ilə təltif edilib

07:27 18-12-2019 | icon 427 | Mədəniyyət
Gülnarə Xəlilova “Avropa Nəşr Mətbuat Evi”nin qızıl medalı ilə təltif edilib

“Avropa Nəşr Mətbuat Evi”nin Mükafat komissiyasının qərarı ilə Azərbaycan Milli Geyim Mərkəzinin və Moda Evinin rəhbəri, AQSİA-nın (Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assoiasiyası) Sosial işlər komissiyasının sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova qızıl medal və “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” diplomu ilə mükafatlandırılıb.

 

Versus.Az xəbər verir ki, mükafat milli-mənəvi dəyərlərimizin qorunmasında səmərəli fəaliyyətinə, cəmiyyətdəki fəal ziyalı mövqeyinə, Azərbaycanın qədim geyim mədəniyyəti, Azərbaycan milli geyim geyimlərin forması, növü, müasir folklor qruplarında milli geyim ənənələrin formalaşması, müasir milli geyim təkmilləşdirməsi sahəsində apardığı uğurlu elmi tədqiqatlarına, Beynəlxalq Etno-Mədəniyyət Festifallarında mütamadi iştirakına, elmi-publitistik əsəsrlərinə, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında, ölkədə sənətşunaşlıq elminin inkişafı tarixində göstərdiyi xidmətlərinə görə təqdim edilib.

 

Mükafatı “Avropa Nəşr Mətbuat Evi”nin nümayəndəsi Sahilə Mirzəqızı verib.

 

Xatırladaq ki, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi, professor Çingiz Fərzəliyev, Dövlət Akademik Milli Dran Teatrının direktoru, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov, AMEA-nın müxbir üzvü, Əməkdar incəsənət xadimi, professor Zemfira Səfərova, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktor müavini, Əməkdar incəsənət xadimi, professor Kübra Əliyeva, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, professor Aqşin Babayev, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Zemfira Qafarova və başqaları müxtəlif illərdə bu mükafata layiq görülüblər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin